Qonaqlar Bakı Mühəndislik Universitetində olublar
Tarix: 27.10.2017 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Yaponiya və Mərkəzi Asiya Dostluq Assosiasiyasının (JACAFA) sədri Kyoko Vrboski, Yuji Mori, Nippon Fondu İcraçı Direktoru Ceyms Huffman, Beynəlxalq Şəbəkənin Meneceri, The Nippon fondu, JACAFA layihəsinin direktoru Saso Vrboski Bakı Mühəndislik Universitetində qonaq olublar. Görüşün əsas məqsədi birlikdə təhsilin inkişafı üçün nə kimi layihələr həyata keçirmək olub.
Universitetin maddi-texniki bazası ilə tanış olan nümayəndə heyətini rektor, professor Havar Məmmədov qəbul edib və Azərbaycanın təhsilinin inkişafı və Bakı Mühəndislik Universitetinin ixtisasları, kadr potensialı və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 noyabr 2016-cı il tarixli 2429 nömrəli sərəncamı ilə Ali təhsilin bütün səviyyələri üzrə mühəndis kadrlarının hazırlığını, bu sahədə ali və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Bakı Mühəndislik Universiteti yaradılıb. Universitetin yaradılmasına səbəb sərəncamda qeyd edildiyi kimi Azərbaycan iqtisadiyyatının indiki inkişaf səviyyəsi mövcud elmtutumlu sənaye müəssisələrində istehsal proseslərini təşkil etmək və innovativ texnologiyalarla işləmək bacarığına malik mütəxəssislərin hazırlığını həyata keçirən, müasir tələblərə uyğun yeni ali təhsil müəssisəsinin təsis edilməsi zərurətini meydana çıxmasıdır.
Bakı Mühəndislik Universiteti ümumilikdə 20 hektar sahədə yerləşir. Binalarının ümumi sahəsi 30 min kvadratmetrdir. 2 tədris korpusu, 2 yataqxanası var. Universitetdə mühəndislik fakültəsi laboratoriyası, kimya, mexanika, kompüter mühəndisliyi, fizika, biologiya, linqvistika laboratoriyaları fəaliyyət göstərir.
Bakı Mühəndislik Universiteti yarandığı qısa müddət ərzində Publik Hüquqi şəxs kimi Ali təhsil müəssisəsi strurkturunun formalaşmasında, idarəetmədə və tədrisin keyfiyyətinin artırılmasında nəaliyyətlər əldə edib. Universitetin müəllim - tələbə kollektivi ölkəmizin ictimai siyasi həyatında və beynəlxalq elmi konfranslarda aktiv iştirak edirlər.
Bu il mövcud mühəndislik ixtisaslarından əlavə energetika mühəndisliyi, maşın mühəndisliyi, proseslərin avtomatlaşdırılması mühəndisliyi, memarlıq, mühəndis sistemlərinin və qurğularının tikintisi mühəndisliyi, ekologiya mühəndisliyi, sistem mühəndisliyi, logistika və nəqliyyat texnologiyaları mühəndisliyi, şəhərsalma ixtisasları üzrə də qəbul aparılıb.
Qeyd etmək lazımdır ki, universitet gənc olmasına baxmayaraq dövlətin diqqət və qayğısı sayəsində elmi- texniki potensialından istifadə edərək dünyanın ən qabaqcıl univerisitetləri ilə rəqabət aparmaq yoluna qədəm qoyub.
BMU-nun inkişafı istiqamətlərindən biri də beynəlxalq əlaqələrinin genişləndirilməsidir. Beynəlxalq təhsil assosiyalarına üzv olmaq və universitetlərlə əlaqələrin qurulması üçün işlər aparırıq. İngilis dilli təhsilin və müasir standartlara cavab verən təhsil sistemini bilən akademik heyətimizin olması beynəlxalq əməkdaşlığın qurulmasında üstünlüklərimizdəndir. Hal-hazırda bir neçə müəllimimiz xarici ölkələrdə keçirilən beynəlxalq elmi tədbirlərdə universitetimizi təmsil edir.
19-21 oktyabr tarixlərində Təhsil Nazirliyi, İqtisadiyyat Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Bakı Mühəndislik Universiteti (BMU) tərəfindən “Innovasiya ekosisteminin qurulması” adlı seminarın keçirildi.“Innovasiya ekosisteminin qurulması” adlı seminarın keçirilməsində məqsəd müvafiq dövlət qurumları və özəl sektor nümayyəndələrilə birgə innovasiya ekosisteminin qurulması üzrə fəaliyyət planının hazırlanmasına dəstək verməkdir.
Yaponiyalı Nümayəndə heyətinin üzvləri qəbula və ətraflı məlumata görə rektor Havar Məmmədova təşəkkür ediblər. Büdcəsinə görə Yaponiyanın ən böyük qeyri –dövlət təşkilatını təmsil etdiklərini qeyd edən qonaq bu bölgədə fəaliyyətlərinin olmamasına təəssüfləndiyini qeyd edib. Amma biz Çakkarta təşkilatı vasitəsi ilə Türkiyədə təhsil alan 56 Azərbaycanlı tələbəyə təqaüd vermişik. Biz o tələbələrlə və onların işlədiyi şirkətlərlə əlaqələrimizi davam etdiririk. Azərbaycanda belə bir universitetin olması bizi məmnun etdi. Sizinlə əməkdaşlığımız uğurlu olacağına inanırıq.
Rektor bildirib ki, sizin təşkilatınızın fəaliyyət istiqaməti təhsilin inkişafına yönəlib. Bu səbəbdən biz sizinlə birgə fəaliyyətə maraqlıyıq. Universitet olaraq üzərimizə düşəni yerinə yetirməyə hazırıq.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrük Komitəsi və “Caspian European Club” birgə biznes forum keçirəcək
20.11.2018
“Bakutel” çərçivəsində ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçiriləcək
20.11.2018
Azərbaycanda avtomobil istehsalı artıb
20.11.2018
Azərbaycan və Belarus arasında on milyonlarla dollarlıq müqavilələrin bağlanması gələcək üçün yaxşı göstəricidir
20.11.2018
Azərbaycan nefti bahalaşıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10502

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info