: “Rusiyanın qərb sərhədlərində vəziyyət daha da gərginləşə bilər“
Tarix: 27.10.2017 | Saat: 23:53:00 | E-mail | Çapa göndər


“Rusiyanın qərb sərhədlərində hərbi-siyasi vəziyyət gərgin olaraq qalır". Bunu Rusiya müdafiə naziri Sergey Şoyqu nazirlikdə keçirilən kollegiya iclasında bildirib. Rusiyalı nazir vəziyyətin daha da gərginləşə biləcəyini söyləyib: "Sərhədlərimizə yaxın blok ölkələrinin silahlı qüvvələrinin əməliyyat-döyüş hazırlığı tədbirlərinin intensivliyi və miqyası artır. Təkcə son üç ayda Baltikyanı və Şərqi Avropada 30-dan çox təlim keçirilib. Bu təlimlər açıq antirusiya xarakteri daşıyır". Şoyqu Baltikyanı ölkələr və Polşada NATO-nun şəxsi heyəti 5 min nəfərə yaxın dörd çoxmillətli batalyonunun yerləşdiyini xatırladıb: “Bundan başqa Polşa və Almaniyada tank briqadası və ABŞ qoşunlarının hərbi aviasiyası briqadası dislokasiya olunub. ABŞ hava hücumundan müdafiə sisteminin yerləşdirilməsi də davam edir". Şoyqu Rusiya Müdafiə Nazirliyinin Qərb hərbi dairəsinin bölmələrinin döyüş potensialını yüksəldərək yaranan təhlükələri neytrallaşdırdığını da söyləyib.




 
Bölməyə aid digər xəbərlər
23.02.2019
“Qoy əfqan xalqı öz liderini özü seçsin“
22.02.2019
Özəl telekanallarda yayımlanan bayağı seriallar bizi çox narahat edir
22.02.2019
Müxalifət özü də bilir ki, bu aksiyalar mənasızdır, xalqın iradəsini ifadə etmir
22.02.2019
“Talibana hərbi təzyiq göstərməyə davam edəcəyik“
22.02.2019
Azərbaycan “Şimal-Cənub” nəqliyyat dəhlizinin regional qovşaqlarından biridir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info