“Şuşanın işğalı - Ermənistanın etnik təmizləmə siyasətinin simvoludur”
Tarix: 13.05.2013 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


“Billings Gazette” nəşrində Montana Ştat Universitetinin professoru Tomas Qoltzun Şuşanın işğalının 21-ci ildönümünə həsr edilmiş məqaləsi dərc olunub.
Nəşrin saytının yaydığı məlumata görə, məqalədə T.Qoltz qeyd edir ki, əhalisi əsasən azərbaycanlılardan ibarət olan Şuşanın işğalı Ermənistanın etnik təmizləmə siyasəti yürütməsinin və Azərbaycan mədəniyyət nümunələrini məhv etməsinin simvoludur: “18-ci əsrdə inşa olunan Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı olub və Azərbaycan mədəniyyətin, ədəbiyyatın və musiqinin beşiyi sayılırdı. 19-cu əsrin 70-ci illərdə azərbaycanlı usta Sadıqcan ilk dəfə burada tarın quruluş və formasında dəyişikliklər etməklə onu müasir formaya gətirib çıxardıb. Eyni zamanda Şuşa Azərbaycan klassik musiqisinin patriarxı, müsəlman dünyasında ilk operanın müəllifi Üzeyir Hacıbəyovun vətənidir”. Daha sonra T. Qoltz vurğulayır ki, Şuşanın işğalı zamanı 480 azərbaycanlı mülki şəxs öldürülüb, 600 nəfərdən çox insan yaralanıb, 22 000 nəfər isə qaçqın düşüb: “Eyni zamanda qadın və uşaqlar da daxil olmaqla 68 sakin girov götürülüb, 6800 ev, 44 məktəb, 279 tarixi əhəmiyyətə malik bina məhv olunub. Bu gün Şuşa kabuslar şəhərinə oxşayır. Mən Amerikada yaşayan azərbaycanlılara, “Pax Turcica İnstitute” üzvlərinə qoşularaq Şuşanın və digər Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalını pisləyirəm. Mən ABŞ rəsmilərini BMT-nin Təhlükəsizlik Şurası və Baş Assambleyanın qəbul etdiyi qətnamələri yerinə yetirmək üçün Ermənistan hökumətinə təzyiq göstərməyə çağırıram”.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info