Münaqişələr və iqtisadi çətinliklərin dunya turizminə təsiri
Tarix: 27.10.2017 | Saat: 23:57:00 | E-mail | Çapa göndər


Dünyada müxtəlif sahələrdə baş verən proseslər turizm sektoruna da öz təsirini göstərir.

İngiltərədə aviasiya sektoru həyəcan siqnalı çalır
İngiltərədə hava yolu şirkətlərinin maliyyə problemləri, idarəetmədə yaranan çətinliklərə tətillər və texniki çatışmazlıqların da əlavə olunmasıyla sektorun həyəcan siqnalı çaldığı bildirilir.
Bu ayın əvvəlində İngiltərənin 50 illik hava yolu şirkəti olan “Monarch”ın “iflas bayrağı”nı qaldırmasının ardınca gözlər ölkənin hava nəqliyyatı sektorundakı problemlərə çevrilib. “Monarch” bu ayın əvvəlində ilk olaraq 860 min uçuşun ləğv edildiyini açıqlayıb, sonra rəsmi sayt sifarişləri dayandırmaq məcburiyyətində qalıb. Ölkə xaricində səyahətdə olan 110 min insan ancaq Birləşmiş Krallıq hökuməti və Mülki Aviasiya nümayəndəliyinin köməkliyi ilə evlərinə dönə biliblər.
Keçən il oktyabr ayında 291 milyon funt-sterlinq zərər etdiyini açıqlayan “Monarch”ı sonda “iflas bayrağı”nı qaldırmağa məcbur edən isə uzun illərdir davam edən zəif idarəçilikdir.
Satışa çıxarılan “Monarch”da çalışan 2100 nəfər şirkəti alacaq yeni rəhbərliyi gözləyir.
İngiltərə aviasiya sektorundakı problemlər “Monarch”ın iflası ilə bitmir. Əməliyyat mərkəzləri İrlandiyanın paytaxtı Dublin və İngiltərənin paytaxtı Londonda olan “Ryanair” keçən ayın sonunda 2017 -ci il noyabr və 2018-ci ilin mart ayı arasındakı dövrdə 18 min uçuşu ləğv etdiyini bildirib. Hava yolu şirkəti bu prosesin təxminən 400 min adama təsir edəcəyini açıqlayıb.

“British Airways”in 80 milyon funt-sterlinq itkisi
Ölkənin ən böyük hava yolu şirkəti olan “British Airways” isə bu il tətillər və texniki çatışmazlıqlar səbəbilə çətin günlər yaşayıb. Hava yolu şirkəti may ayında kompüter sistemlərindəki qəza səbəbilə Londondakı “Heathrow” və “Gatwick” hava limanlarında 670 uçuşu ləğv edib. Səyahət etmək üçün hava limanlarına gedən minlərlə sərnişin uzun müddət burada gözləmək məcburiyyətində qalıb. Kompüter sisteminin çökməsi nəticəsində üç gün ərzində 75 min sərnişinin səfəri xaos yaradıb.
“Evening Standard” qəzetinin xəbərinə görə, İngiltərədəki hava yolu şirkətləri indidən ölkənin Avropa Birliyindən (AB) çıxma müddəti (Brexit) ilə bağlı təcili planlarını tətbiq etməyə hazırlaşır. Xəbərə görə ölkənin birlikdən ayrılmasından sonra AB qanunları tərəfindən zəmanət altına alınan uçuş təzminat haqqı isə tamamilə ortadan qalxa bilər.
Birləşmiş Krallıqda hava yolu şirkətləri üçün bir digər problem isə ölkənin Avropa Birliyindən ayrılarkən Avropa Ədalət Məhkəməsindən də ayrılmasıdır. Bu vəziyyət sektor mütəxəssisləri arasında Birləşmiş Krallıq və AB arasında hava yolu şirkətlərini maraqlandıran anlaşılmazlıqların məhkəmələr tərəfindən həll olunmasında problem kimi görünür.
Məsələn, “The Guardian” qəzetinə açıqlamasında “Air France-KLM”-in icraçı direktoru Jean-Marc Janaillac, Birləşmiş Krallığa bağlı hava yolu şirkətlərinin ancaq Avropa Ədalət Məhkəməsi qərarlarına tabe olduqları halda, AB ölkələrinə uçuş edə biləcəklərini söyləyib: "Britaniya mərkəzli hava yollarının Avropada digər avropalı hava yolu şirkətləri kimi uçmasını ancaq bizimlə eyni şərtlər və məsuliyyət altında olmaları halında qəbul edərik".
Birləşmiş Krallıq parlamentində vəkillərin suallarını cavablandıran maliyyə naziri Philip Hammond isə 2019-cu ilin mart ayına qədər AB ilə bir razılaşma əldə edilməyəcəyi halda, aviasiya sektorunun ciddi problemlərlə qarşılaşacağı xəbərdarlığını edib.

Suriya turizmə hazırlaşır
Terrorun dağıtdığı Suriya da nə vaxt bərpa olunması bəlli olmayan döyüş sonrası üçün turizm haqqında düşünməyə başlayıb. Suriyanın turizm naziri Bəşər Riyad Yazıçı yeni planlarını açıqlayıb. Suriya, başda müttəfiqi Rusiya olmaqla, qonşu İraqla də turizm sahəsində əməkdaşlıq planları qurur.
“Sputnik”ə açıqlamasında Suriya turizm naziri Bəşər Riyad Yazıçı, rus sərmayəçiləri ölkədə gözlədiklərini bildirib. Yazıçı 2012-2013-cü illərdə ciddi şəkildə problemlər yaşayan turizm sektorunun son 2 ildə bərpa olunmağa başladığı və investisiyaların geri dönməyə başladığını, investisiyaların yalnız suriyalı deyil, xarici iş adamları tərəfindən də yatırıldığını deyib. Ölkədə sərbəst turizm bölgəsinin yaradıldığını söyləyən nazir, Rusiya və digər dost ölkələrdən sərmayəçiləri cəlb etmək üçün xüsusi qanunlar qəbul etdiklərini qeyd edib. O, bu qanunların xüsusi şərtlər və vergi güzəştləri nəzərdə tutduqlarını bildirib.
Paytaxt Şamdakı otellərin son 2 ildir turizm mövsümünün ortasında 90 faiz dolduğunu, hazırda da 100 faiz dolu olduğunu deyən nazir, bunun Şam Sərgisinin təşkil edilməsi ilə bağlı olduğunu bildirib: “Təəssüf ki, bir çox insan ölkəmiz haqqında yalnız burada müharibənin olduğunu bilir. Bu, Suriyanın imicini təhrif edən informasiya müharibəsinin nəticəsidir. Suriyadakı hadisələr birtərəfli təqdim edilir, terror hücumları və ya əksinə, terrorçuların məhv edilməsi və s. Halbuki bu, böyük rəsmin yalnız tünd rəngləridir”. Rusiya, İran və Çin kimi ölkələrlə əməkdaşlıq sayəsində suriyalılarən ölkəni bərpa etməyə çalışdığını deyən nazir, bu ölkələrin hər kəsə nümunə olduğunu söyləyib. Nazir İraqdan da 75 turizm şirkətinin Suriyadakı həmkarlarıyla əməkdaşlığın inkişaf etdirilməsi və iraqlı turistlərin və hacıların ölkəyə qəbulunun təşkil edilməsi ilə bağlı görüşdüklərini söyləyib.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Miqrantlar ABŞ ve Meksika arasında olan sərhəd hasarına çıxdılar
15.11.2018
Yaponiya yaxın 5 ildə 345 minədək əcnəbi işçi qəbul edə bilər
15.11.2018
Rusiya ilə danışıqlar 1956-cı ilin bəyanatı üzərində qurulub
14.11.2018
Mari Le Pen Makron və Merkelə qarşı: Avropa ordusu heç bir halda meydana çıxmamalıdır
14.11.2018
Fransa hökumətində Donald Trampın tənqidi tvitlərinə şərh veriblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info