Erməni gənclər kütləvi şəkildə hərbi xidmətdən yayınırlar
Tarix: 28.10.2017 | Saat: 00:00:00 | E-mail | Çapa göndər


Viqen Sarkisyan:
“Ailələrin övladlarını xidmətdən yayınmaqdan ötrü ölkədən çıxarmaq cəhdi hər bir erməni ailəsi üçün utancverici haldır”

Ermənistan parlamenti “Hərbi xidmət və hərbi qulluqçu statusu” haqqında qanun layihəsini müzakirəyə çıxarıb. Parlamentdəki çıxışında müdafiə naziri Viqen Sarkisyan hərbi sahə ilə bir sıra qanunların, xüsusilə "Hərbi xidmət keçmək haqqında", "Hərbi vəzifə haqqında", "Hərbi qulluqçuların və onların ailələrinin sosial müdafiəsi haqqında" qanunları xatırladaraq, bu qanunları bir qanunda birləşdirməyin daha məqsədəuyğun olduğunu bildirib.
Parlamentdə təmsil olunan “Elk” («Məkan») fraksiyasının üzvləri hərbi xidmətə dair qanun layihəsinə mənfi münasibət bildirsələr də, qanun layihəsi qəbul edilib. Hələlik qəbul edilən yeni qanunun təfərrüatları bəlli deyil. Lakin erməni tələbələrin küçələrə çıxaraq, bu qanun əleyhinə çıxış etmələri çox şeydən xəbər verir. Xatırladaq ki, bir qrup tələbə parlamentdə müzakirə olunan "Hərbi qulluqçuların statusu və hərbi xidmət vəziyyəti haqqında" qanun layihəsini pisləyərək, Ermənistan parlamenti qarşısında etiraz aksiyası keçirib. Tələbələrin iddiasına görə, bundan sonra “onların elmə sərf etdikləri vaxt boşa çıxarılacaq”. Yeni layihə çərçivəsində ordudan elmi tədqiqat üçün möhlət yalnız vətəndaşın Müdafiə Nazirliyi ilə müqavilə bağladığı təqdirdə veriləcək. Bu halda, təhsilini bitirdikdən sonra vətəndaşı orduda 2 və ya 3 il xidmət etməlidir. Yeni qanunu daha çox hakim Respublikaçılar Partiyası tərəfindən təqdir edilir. Belə ki, yeni qanunu “bəh-bəhlə” alqışlayan hakim partiya nümayəndəsi Arman Saqatelyan orduda xidmətin erməni qadınları üçün də məcburi olmasını bildirib. Təbii ki, bu, Ermənistan kimi ölkə üçün də xarakterik ola bilər. Çünki bu ölkədə valideynləri daha çox narahat edən hərbi xidmətə gedən övladlarının taleyidir. Onlar övladlarını hərbi xidmətdən yayındırmaq üçün müxtəlif variantlardan istifadə edirlər. Ermənistanın müdafiə naziri Viqen Sarkisyan hərbi xidmətdən yayınma ilə əlaqədar bir sıra şəxslərə qarşı ittiham irəli sürülərək cinayət işinin başlandığı barədə məlumat verib. Onun sözlərinə görə, ailələrin övladlarını xidmətdən yayınmaqdan ötrü ölkədən çıxarmaq cəhdi hər bir erməni ailəsi üçün utancverici haldır. Daha başqa bir maraqlı nüansı hakim partiya nümayəndəsi, deputat Arman Saqatelyan səsləndirib. Ermənistanda peşəkar ordunun yaradılması barədə deyilənlərə münasibət bildirən Saqatelyan bunun mümkünsüzlüyünü ermənilərin özlərini səfərbərlik ehtiyatından məhrum edə bilməsi ilə əlaqələndirib. Hərbi xidmətə çağırışçı tapmayan ölkənin peşəkar ordu yaratmaq istəyinin nə ilə sonuclanacağı müəmmalıdır.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
İrəvanda “ölü canlar” da seçki bülletenlərinə salınıb
22.09.2018
Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info