Bakıda “Japan Food Expo-2017“ sərgisi açılıb
Tarix: 28.10.2017 | Saat: 00:14:00 | E-mail | Çapa göndər


Qafar Əliyev: “Yaponiya şirkətləri Azərbaycanda bir sıra infrastruktur layihələrində fəal iştirak edir”
Kazuyasu İşida: “Sərgidə iştirak edən Yaponiya şirkətləri Azərbaycanda nümayəndəliklər açmaq və investisiya yatırmaq niyyətindədirlər”

Bakıda Yapon Məhsulları Sərgisinin ("Japan Food Expo-2017") açılış mərasimi keçirilib. Sərginin media partnyoru olan AZƏRTAC xəbər verir ki, sərginin açılış mərasimində iştirak edən Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Qafar Əliyev bildirib ki, Azərbaycan ilə Yaponiya qarşılıqlı dostluq və əməkdaşlıq əlaqələrini yüksək səviyyədə inkişaf etdirir. Belə ki, Yaponiya şirkətləri Azərbaycanda bir sıra infrastruktur layihələrində fəal iştirak edir. Daha sonra Milli Məclisin deputatı Məlahət Həsənova Azərbaycan və Yaponiya xalqlarının dostluq münasibətlərindən bəhs edib, hər iki xalqın ortaq cəhətlərindən danışıb. Bu münasibətlər xalqlarımızı və dövlətlərimizi daha da yaxınlaşdırmaq üçün mühüm rol oynayır. Azərbaycanda Yapon Məhsulları Sərgisinin İdeya müəllifi və sərginin İdarə Heyətinin sədri Kazuyasu İşida bildirib ki, Azərbaycan və Yaponiya bir çox dəyərlərə sahibdir. Bu dəyərlərin daha çox inkişafı üçün biz də bu sərgi ilə öz töhfəmizi verməyə çalışırıq. Sərginin təşkilində Azərbaycan tərəfinin dəstəyi də xüsusi qeyd edilməlidir. Onun sözlərinə görə, bu sərgi ölkələrin yapon xalqının tanıdılmasında da vacib rol oynayır. Kazuyasu İşida deyib ki, "Japan Food Expo-2017" sərgisində 2000-dən çox Yaponiya məhsulu nümayiş etdirilir. O bildirib ki, sərgidən əvvəl Yaponiyanın Komatsu şəhərindən Heydər Əliyev Beynəlxalq Aeroportuna təyyarə ilə 5 tondan artıq məhsul göndərilib. Sərgidə nümayiş etdirilən məhsullara qida, kosmetika, geyim və Yaponiyanın mədəniyyətini özündə əks etdirən suvenirlər, əşyalar daxildir. K.İşidanın sözlərinə görə, sərgidə iştirak edən Yaponiya şirkətlərinin nümayəndələrindən bəziləri Azərbaycanda yerli nümayəndəliklərini açmaq niyyətindədirlər və bu ölkəyə investisiya yatırmağa maraq göstərirlər. Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) vitse-prezidenti Yusif Abdullayev deyib ki, Azərbaycan Məhsulları Sərgisinin Yaponiyada keçirilməsi planlaşdırılır. O bildirib ki, Yaponiya məhsullarına Azərbaycanın iş adamları və vətəndaşları tərəfindən böyük maraq var. Həmçinin ölkəmizin məhsulları da Yaponiya bazarlarında satılır. AZPROMO növbəti illərdə Azərbaycan Məhsulları Sərgisinin Yaponiyanın paytaxtı Tokio və digər şəhərlərində təşkil edilməsini planlaşdırır. Hər iki ölkə bu sərginin təşkilində maraqlıdır. Qeyd edək ki, sərgi Azərbaycan ilə Yaponiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi çərçivəsində təşkil olunub. Sərgidə Yaponiyanın 60-dan çox şirkətinin məhsulları nümayiş etdirilir, tədbirə Yaponiyadan 200 nəfər gəlib.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info