Litva XİN “Yeni “Əsrin kontraktı” Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb”
Tarix: 28.10.2017 | Saat: 00:15:00 | E-mail | Çapa göndər


Litvanın xarici işlər nazir: “Azərbaycan Cənubi Qafqazda Litvanın ən mühüm iqtisadi tərəfdaşıdır”
Vilnüsdə Litva Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclası olub. “İqtisadiyyat, sənaye və enerji sahələrində əməkdaşlıq Saziş”in Əsasnaməsinə uyğun olaraq keçirilən iclasda Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti, Hökumətlərarası Komissiyanın Litva tərəfdən həmsədri, xarici işlər naziri Linas Linkyaviçyusun başçılıq etdiyi Litva nümayəndə heyəti, Azərbaycanın Litvadakı səfiri Həsən Məmmədzadə, Litvanın Azərbaycandakı səfiri Valdas Lastauskas və KİV nümayəndələri iştirak ediblər. Litvanın xarici işlər naziri Linas Linkyaviçyus vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazda Litvanın ən mühüm iqtisadi tərəfdaşıdır. Litva-Azərbaycan iqtisadi əlaqələrinin inkişaf etdirilməsi üçün çox böyük potensial var. Nazir vurğulayıb ki, yüksək texnologiyalar, neft-kimya, nəqliyyat, yeyinti sənayesi, toxuculuq sənayesi kimi sahələrdə əlaqələri inkişaf etdirmək lazımdır. Litva XİN başçısı deyib ki, hazırda Litvanın ali məktəblərində iki yüzdən çox azərbaycanlı tələbə təhsil alır. Bu tələbələr gələcək mütəxəssislər kimi hər iki ölkənin elçiləridir. Litva da öz növbəsində Azərbaycan-Avropa İttifaqı münasibətlərinin daha da inkişaf etdirlməsi üçün bir pəncərə rolu oynaya bilər. Komissiyanın həmsədri qeyd edib ki, “Şərq tərəfdaşlığı” proqramının iştirakçısı olan hər bir ölkə bu proqrama böyük ümid bəsləyir. Litva Azərbaycan ilə Aİ arasında əməkdaşlığın möhkəmləndiriməsində mühüm rol oynaya bilər. L.Linkyaviçyus vurğulayıb ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın rolu bütün dünyada məlumdur. Nazir qeyd edib ki, yeni “Əsrin kontraktı”nın imzalanması Azərbaycanın geosiyasi əhəmiyyətini daha da artırıb. Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədov qeyd edib ki, 2010-cu ildə fəaliyyətə başlamış Azərbaycan-Litva komissiyası bu müddətdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin dərinləşməsinə sanballı töhfə verib, müxtəlif sahələrdə bir sıra layihələrin reallaşdırılmasını dəstəkləyib. Son üç il ölkələrimizin regionları arasında əlaqələrin inkişafı baxımından daha səmərəli olub. 2014-cü ildə “Azərbaycanın Şəmkir və Litvanın Şyaulyay şəhərləri arasında qardaşlaşma münasibətləri yaradılması haqqında” Niyyət Protokolunun imzalanması ikitərəfli münasibətlərdə yeni mərhələ olub. Bu baxımdan, Litvada istirahət mərkəzləri və müalicəvi kurortları ilə məşhur olan Druskininkay şəhəri ilə Azərbaycanın məşhur müalicəvi mərkəzləri – Naftalan şəhəri və Naxçıvandakı Duzdağ kompleksi arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları xüsusi qeyd edilməlidir. F.Məmmədov Azərbaycanın iqtisadi imkanları və logistik potensialı barədə məlumat verərək qeyd edib ki, yaxın vaxtlarda “Bakı-Tbilisi-Qars” dəmiryol xətti istifadəyə veriləcək. Vergilər naziri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın müstəsna rolunu vurğulayaraq, Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən neft-qaz layihələri barədə məlumat verib. Komissiyanın Azərbaycandan olan həmsədri iki ölkənin ali məktəbləri arasında əməkdaşlığı, Litva universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayının artmasını qeyd edərək Avropanın ən qədim universitetlərindən olan Vilnüs Pedaqoji Universitetində böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan auditoriya açılmasından məmnun olduğunu bildirib. Vergilər naziri Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi prosesində, o cümlədən Azərbaycan ilə Aİ arasında hərtərəfli saziş imzalanmasında Litvanın böyük dəstəyini xüsusi qeyd edib. F.Məmmədov vurğulayıb ki, bununla bərabər, ikitərəfli əməkdaşlığın miqyası ölkələrimizin iqtisadi potensialına tam cavab vermir və bu potensialın daha tam səfərbər edilməsi Hökumətlərarası Komissiyanın işinin mühüm istiqamətlərindən biridir. İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Litva Respublikası Hökuməti arasında İkitərəfli Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 5-ci iclasının Yekun Protokolu imzalanıb. Sənədi Komissiyanın həmsədrləri – Azərbaycanın vergilər naziri Fazil Məmmədov və Litvanın xarici işlər naziri Linas Linkyaviçyus imzalayıb. Protokola əsasən, tərəflər əməkdaşlığın inkişaf etidirlməsində qarşılıqlı maraqları nəzərə alaraq aşağıdakı məsələlər barəsində razılığa gəliblər: keçiriləcək sərgilər, konfranslar, biznes-forumlar barədə işgüzar dairələr üçün mütəmadi informasiya mübadiləsi; kimya və neft-kimya sənayesi, aqrokimya, əczaçılıq və tibbi avadanlıq üzrə ixtisaslaşan Litva şirkətlərinin Azərbaycanda yaradılmış sənaye parklarında, o cümlədən Sumqayıt kimya-sənaye parkında investorlar qismində iştirakının təşviq edilməsi. Tərəflər ticari-iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın tənzimlənməsi, ikitərəfli əməkdaşlığın müqavilə-hüquqi bazasının, energetika, kənd təsərrüfatı və ətraf mühit, nəqliyyat, rabitə və informasiya texnologiyaları, səhiyyə, təhsil və elm, mədəniyyət və turizm, gənclər və idman sahələrində əməkdaşlığın inkişaf etidirlməsi barədə razılığa gəliblər. Azərbaycan tərəfi Litvadan Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən Dağlıq Qarabağ regionunda və ona bitişik rayonlarda istehsal edilmiş məhsulun idxalına, ixracına, satışına və reallaşdırılmasına icazə verməməyi xahiş edib. Xidməti pasport sahibləri üçün vizaların ləğv edilməsi barədə Hökumətlərarası Sazişi Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov və Litva XİN başçısı Linas Linkyaviçyus imzalayıblar. Azərbaycan Vergilər Nazirliyi və Litva Maliyyə Nazirliyi yanında Dövlət Vergi Müfəttişliyi arasında Borcların tutulmasına qarşılıqlı inzibati yardım və avtomatik informasiya mübadiləsi haqqında Saziş imzalanıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Müxalifət yenə ianə yalvarışlarına başladı
20.09.2018
XİN: “Bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
Birinci vitse-prezident NATO nümayəndə heyəti ilə görüşüb- YENİLƏNİB
20.09.2018
NATO baş katibinin müavini: “Azərbaycan terrorizmə qarşı mübarizədə qətiyyətli mövqe sərgiləyir”
20.09.2018
“Bugünkü Ermənistanın ideologiyasının faşist ideyalarına əsaslandığı aydın görünür”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info