Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin birinci konfransı keçirilib
Tarix: 28.10.2017 | Saat: 00:19:00 | E-mail | Çapa göndər


Sabirabad rayonunda Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birinci konfransı keçirilib. Konfransda Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov, RİİB könüllüləri, müxtəlif regionların, eləcə də beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər. Əvvəlcə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın konfrans iştirakçılarına təbrik məktubu oxunub. Məktubda bildirilir ki, bu gün Azərbaycan müstəqil siyasət yürüdən, beynəlxalq aləmdə ciddi mövqe qazanan qüdrətli dövlətdir: “Ölkəmizin bütün şəhər və rayonlarında abadlıq-quruculuq işləri aparılır, yeni təhsil və tibb müəssisələri inşa edilir, infrastruktur layihələri həyata keçirilir. Heydər Əliyev Fondu da yarandığı ilk gündən ictimai həyatın, demək olar ki, bütün sahələrində fəal iştirak edərək əhalinin müxtəlif problemlərinin həllinə çalışır. Bizim həyata keçirdiyimiz hər bir layihə, ilk növbədə, vətəndaşların maraqlarını qorumağa, köməyə ehtiyacı olan insanlara yardım etməyə yönəlib. “Regional İnkişaf” İctimai Birliyini təsis edərkən əsas məqsədimiz dövlət qurumları, qeyri-hökumət təşkilatları, sahibkarlar və yerli əhali arasında konstruktiv əməkdaşlıq modeli yaradaq insanları narahat edən problemlərin aradan qaldırılmasına nail olmaq idi. Düşünürəm ki, biz bunu bacardıq. Regionlarda ictimai nəzarətin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu, ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatını əhatə edən mühüm layihələrin reallaşdırılması istiqamətində uğurlu nəticələr əldə edilmişdir. “Regional İnkişaf” İctimai Birliyinin təşəbbüslərinə qoşularaq layihələrin icrasında xüsusi fəallıq göstərən könüllülərin fəaliyyətini qeyd etmək istəyirəm. Siz, Azərbaycan gəncləri olaraq, dövlətin sizə göstərdiyi yüksək diqqət və qayğıya layiqincə cavab verərək ölkəmizdə vətəndaş cəmiyyəti quruculuğunun fəal iştirakçısına çevrilmisiniz. Amma qarşıda sizi yeni hədəflər, yeni vəzifələr gözləyir. Hər birinizə bu şərəfli və xeyirxah, eyni zamanda, məsuliyyətli işinizdə müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, konfransda aparılacaq geniş və səmərəli müzakirələr gələcək fəaliyyətinizdə məqsədyönlü tədbirlərin həyata keçirilməsinə öz töhfəsini verəcəkdir”. Konfransda çıxış edən Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov bildirib ki, Heydər Əliyev Fondu yarandığı ilk gündən humanizm və insansevərlik ideallarına arxalanaraq xalqımıza xidməti özünün başlıca məqsədi kimi müəyyən edib. Onun sözlərinə görə, “Regional İnkişaf” İctimai Birliyinin təsis edilməsində əsas məqsəd bölgələrdə yaşayan vətəndaşların üzləşdiyi problemlərin, yerli əhalini kompleks şəkildə narahat edən məsələlərin aradan qaldırılmasına yönəlib. Birliyin fəaliyyət dövrü ərzində vətəndaşlardan daxil olan müraciətlərə həssaslıqla yanaşaraq əməkdaşlığa daim hazır olan strukturlara təşəkkürünü bildirən Anar Ələkbərov vətəndaşların müraciətlərinə lazımi diqqət göstərməyən qurumlarla da rastlaşdıqlarını təəssüflə qeyd edib. Daha sonra “Regional İnkişaf” İctimai Birliyinin fəaliyyətindən bəhs edən film nümayiş olunub. Tədbirdə çıxış edən Böyük Britaniyanın Azərbaycana Birgə Yardım təşkilatının (UAFA Azərbaycan) təsisçisi Qvendolin Börçell “Regional İnkişaf” İctimai Birliyi ilə UAFA Azərbaycanın həyata keçirilən birgə layihələri barədə məlumat verib. “Regional İnkişaf” İctimai Birliyinin Könüllülərlə iş, layihələr və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Tural Qənbərov konfrans iştirakçılarına RİİB-in gələcəkdəki sosial layihələri barədə məlumat verib. Tədbirdə çıxış edən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov Prezidentin rəhbərliyi altında gənclər və idman sahəsində, regionların sosial-iqtisadi inkişafında əldə olunan nailiyyətlərdən danışıb. Konfransın ilk hissəsinin sonunda iştirakçılar adından Azərbaycan Prezidentinə müraciət oxunub. Konfrans işini panel iclaslarla davam etdirib. Tədbir çərçivəsində Anar Ələkbərov və Fuad Muradovun “Regional İnkişaf” İctimai Birliyinin region nümayəndələri ilə görüşü olub. Sabirabad rayonuna səfər çərçivəsində RİİB nümayəndələri 2010-cu ildə Kür və Araz çaylarının daşması nəticəsində baş vermiş təbii fəlakətin fəsadlarının aradan qaldırılması məqsədilə Prezidentinin müvafiq sərəncamlarına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən Sabirabad rayonunun Ulacalı kəndinin ərazisində salınmış yeni qəsəbədə yaşayan sakinlərlə görüşüb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10132

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info