“Azərbaycan Avrasiyanın mərkəzində rəqəmsal iqtisadiyyatın qovşağına çevrilir”
Tarix: 28.10.2017 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


Estoniyanın paytaxtı Tallinn şəhərində “Şərq Tərəfdaşlığı” Mərkəzi ilə Azərbaycan Respublikasının İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) arasında qarşılıqlı anlaşma memorandumu imzalanıb. İİTKM-nin mətbuat xidmətindən bildiriblər ki, memorandumun əsas məqsədi Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərmandan irəli gələn məsələləri təmin edilməsinə töhfə verməkdən ibarətdir. Xüsusilə Estoniyanın Avropa İttifaqında prezidentliyi dövründə belə bir müqavilənin imzalanması bu təşkilatla Azərbaycan arasında rəqəmsal iqtisadiyyatın inkişafına öz töhfəsini verəcək. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı anlaşma memorandumunun imzalanması ilə bağlı bildirib ki, Estoniyanın “Şərq Tərəfdaşlığı” Mərkəzi ilə Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının inkişafı üzrə birgə fəaliyyət planının işlənməsi haqqında razılığa gəlinib. O əlavə edib ki, bu fəaliyyət planı çərçivəsində Avropa İttifaqı, Avrasiya İttifaqı, Körfəz ölkələri, Çin, GUAM formatı çərçivəsində Rəqəmsal Ticarət Qovşağının inkişafı ilə bağlı görüləcək işlər nəzərdə tutulub. Vüsal Qasımlı vurğulayıb ki, hazırda Avropa İttifaqının strukturları, xüsusən də qurumun indiki prezidenti olan Estoniya hökuməti Rəqəmsal Ticarət Qovşağının inkişafına xüsusi maraq göstərir. İmzalanma mərasimindən sonra Estoniyanın “Şərq Tərəfdaşlığı” Mərkəzinin rəhbəri Jaan Reinhold qeyd edib ki, Azərbaycan “Şərq Tərəfdaşlığı” ölkələrinə rəqəmsal iqtisadiyyatın inkişafı nöqteyi-nəzərindən bir nümunə ola bilər. Xüsusən Azərbaycan Rəqəmsal Ticarət Qovşağının, “Azexport” portalının nümunəsini “Şərq Tərəfdaşlığı” ölkələri arasında yaymaq məqsədəuyğundur. Jaan Reinholdun qənaətinə görə, Azərbaycan Avrasiyanın mərkəzində əgər əvvəllər nəqliyyat, logistika, enerji layihələrinin qovşağına çevrilmişdisə, indi də rəqəmsal iqtisadiyyatın qovşağına çevrilmə imkanlarına malikdir.




 
Bölməyə aid digər xəbərlər
13.08.2020
Hulusi Akar: 83 milyonluq xalqımızın nəbzi Azərbaycan ilə döyünür
13.08.2020
Eldar Namazov: “Türkiyə Minsk Qrupunda öz rolunu oynamalıdır”
13.08.2020
İtalyan jurnalist: Ermənistanda totalitar rejim hökm sürür
13.08.2020
“İşğalçı Ermənistana qarşı Azərbaycanın yanındayıq”
12.08.2020
İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info