“Qarabağ”la oyuna yalnız 3 xal üçün çıxacağıq”
Tarix: 28.10.2017 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


Dieqo Qodin: “Hər iki rəqibə qalib gəlsək, komandada özünəinam hissi geri qayıdacaq”
“Son vaxtlar nəticələrimiz heç də gözlənildiyi kimi deyil. Xüsusən, Çempionlar Liqasında özümüzə bənzəmirik”. Bu sözləri “Atletiko”nun futbolçusu Dieqo Qodin deyib. La Liqanın X turu çərçivəsində oktyabrın 28-də öz meydanında “Vilyarreal”la qarşılaşacaq Madrid təmsilçisi 3 gün sonra Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ı qəbul edəcək. Bu görüşlərdən öncə AS nəşrinə danışan Qodin maraqlı fikirlər səsləndirib. Uruqvaylı mərkəz müdafiəçisi əvvəlcə “Atletiko”nun hazırkı vəziyyətini dəyərləndirib: “Komandada balans olmalıdır. Hazırda “Atletiko”da çatışmayan budur. Bizə böyük ümidlərin bəsləndiyini bilirik. Etimadı doğruldacağımıza ümid edirəm. Biz də oynadığımız bütün turnirlərdə çempion olmaq istəyirik. Amma bu faktdır ki, çatışmayan cəhətlərimiz var”. 31 yaşlı futbolçu söhbət əsnasında Çempionlar Liqasının cari mövsümündə “Roma” (0:0) və “Qarabağ”la (0:0) keçirdikləri oyunları xatırlayıb. O, hər iki qarşılaşmada qələbə şansını əldən buraxdıqlarını deyib: “Roma”ya 5 qol vura bilərdik. Əgər qol imkanlarından lazımınca yararlansaydıq, indi başqa şey haqda danışırdıq. Bu, “Qarabağ”la matça da aiddir. Dediyim sözləri “Elçe” ilə kubok görüşünə də şamil etmək olar. Bunlar kiçik detallardı”. Uruqvay yığmasının üzvü son vaxtlar çox tənqid olunmaqlarına da toxunub. O, vəziyyəti dəyişmək baxımından “Qarabağ”la matç da daxil olmaqla, qarşıdakı görüşlərə yalnız qələbə üçün çıxacaqlarını bildirib: “Mətbuat hazırkı vəziyyətimizi faciəvi adlandırır. Fərqli nəticələr olsaydı, indi bizim haqda müsbət fikirlər səsləndirirdilər. Öz aramızda danışıb, durumumuzu müzakirə edirik. Nəticə verməli olduğumuzu başa düşürük. Qələbədən gözəl hiss ola bilməz. İndi bizi “Vilyarreal”la matç maraqlandırır. Rəqib güclü olsa da, bu görüşdə qələbə qazanmalıyıq. “Qarabağ”la oyuna da yalnız 3 xal üçün çıxacağıq. Hər iki rəqibə qalib gəlsək, komandada özünəinam hissi geri qayıdacaq. “Atletiko” son illərdə gücünü hər kəsə göstərib. Məhz həmin nəticələr özümüzü güclü hesab etməyimizə səbəb olub. Yenə hər birimiz qələbəyə “ac” olmalı, rəqabət aparmalı və sona qədər “vuruşmalıyıq”. Bir olmağımız vacibdi”.




 
Bölməyə aid digər xəbərlər
19.02.2019
ABŞ-na avtomobil rüsumu ilə bağlı xəbərdarlıq
18.02.2019
Akkoç: “Türkiyə – Azərbaycan qardaşlığı və dostluğu əbədidir”
18.02.2019
“Vergi Ombudsmanı institutunun yaradılması vergi sistemində şəffaflığı artıracaq”
18.02.2019
“Moskvadakı insident, Rusiyada yaşayan iki nüfuzlu qardaş xalqın arasını vurmaq cəhdi idi”
17.02.2019
Qubadakı Qırmızı qəsəbədə ölkənizdəki tolerantlığın əyani şahidi olduq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10602

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Vzqlyad.ru”: “Nazarbayev və Əliyev türk-islam dünyasının lideri roluna ən aktiv iddiaçılardır”
4 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
5 Qabaqcıl texnologiyalar dövründə ənənəvi və internet medianın inkişafı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info