“Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən kənar qalmaq Yerevanın böyük səhvidir”
Tarix: 30.10.2017 | Saat: 15:28:00 | E-mail | Çapa göndər


“Ermənistan rəhbərliyinin siyasi ambisiyaları xalqın iqtisadi maraqlarından üstündür. Bu da Ermənistanda iqtisadi problemləri daha da dərinləşdirir”.
Bu fikirləri tanınmış gürcü politoloqu Qeorqi Xuxaşvili Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə bağlı müsahibəsində söyləyib.
Politoloq BTQ layihəsi ideyasının yaranma tarixi, reallaşdırılması, iqtisadi, siyasi, regional və dünyəvi əhəmiyyətindən danışıb, bu layihəni “Əsrin layihəsi” adlandırıb. Ümumi uzunluğu 828 kilometr olan bu yolun təkcə region üçün deyil, Asiya və Avropa üçün də mühüm əhəmiyyət kəsb edəcəyini xüsusi vurğulayıb.
Politoloq Ermənistanla bağlı maraqlı fikirlər də səsləndirib.
O, Ermənistanın belə bir gəlirli beynəlxalq iqtisadi layihədən kənarda qalmasını məhz rəsmi Yerevanın böyük və ölümcül səhvinin nəticəsi olduğunu bildirib.
Politoloq deyib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi səbəbindən Cənubi Qafqaz ölkələrindən biri – Ermənistan “Əsrin layihəsi”ndən kənarda qalıb. Bu da Ermənistanın özü üçün daha çox pisdir. Bu layihədən kənarda qalmaq Ermənistana çox böyük zərər vurur. Bu ölkənin iqtisadi problemləri daha da dərinləşir.
Onun fikrincə bu problem Ermənistanın özü tərəfindən yaradılıb. Rəsmi Yerevanın siyasi ambisiyaları iqtisadiyyatı üstələyir. Ona görə də rəsmi Yerevan onu regional layihələrdən kənarda qoyan, şəxsi, ölümcül səhvinə görə çox böyük zərər çəkməlidir.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətləri təhlükəsizlik şuraları katiblərinin VI görüşü keçirilir
21.11.2018
Polşa portalı Prezident İlham Əliyevin Belarusa rəsmi səfərindən yazıb
20.11.2018
Müxalifət islah olunmayacaq
20.11.2018
Belarus Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəkləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10508

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info