Sumqayıt əhalisinin 80%-i fasiləsiz su ilə təmin olunub
Tarix: 13.05.2013 | Saat: 22:40:00 | E-mail | Çapa göndər


Azərsu» ASC əhalisinin sayına və sənaye potensialına görə respublika həyatında mühüm rolu olan Sumqayıt şəhərində su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması ilə bağlı kompleks işlər həyata keçirilir.
ASC-dən verilən məlumata görə, istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Sumqayıt şəhərində və ətraf qəsəbələrdə uzun müddət istismarda olan 36,6 km su xətləri yeniləri ilə əvəz edilib.
Həyata keçirilən əsaslı təmir və yenidənqurma işləri nəticəsində 50-dək ünvanda 287 çoxmərtəbəli yaşayış binası 24 saat fasiləsiz su ilə təmin edilməklə 23 824 abonentin və ya 95 mindən çox sakinin içməli su təchizatı fasiləsiz rejimə keçirilib. Bununla da Sumqayıt şəhəri və ətraf qəsəbələrdə fasiləsiz içməli su ilə təmin olunan əhalinin çəkisi 80%-ə və ya 213 min nəfərə çatıb. Fasiləsiz rejimə keçidlə əlaqədar 21 nasosxananın fəaliyyəti dayandırılıb.
Su təchizatı ilə paralel olaraq şəhərin kanalizasiya sistemində də yenidənqurma işləri aparılır. 2012-ci ilin sonunda yeni nasos stansiyasının istismara verilməsi ilə Sumqayıt şəhərinin “Köhnə şəhər” yaşayış sahəsinin çirkab sularının Sumqayıt Təmizləyici Qurğusuna ötürülməsi təmin edilib, bununla da qurğuda sutka ərzində emal olunan çirkab suyun həcmi 30 min kubmetrdən 42 min kubmetrə çatıb.
ASC-dən bildirilib ki, ümumi uzunluğu 9 km, diametri 1200-1600 mm olan Novxanı-Sumqayıt kollektoru tam istismara verildikdən sonra Novxanı qəsəbəsindən Sumqayıt şəhərinə qədər 12 nöqtədən dənizə axıdılan çirkab sular kollektora yönəldiləcək. Ümumiyyətlə, gələcəkdə Sumqayıt şəhərində toplanan bütün çirkab sular təmizləyici qurğuda zərərsizləşdirilərək dənizə axıdılacaq. Hazırda qurğunun sutkalıq məhsuldarlığı 72 min kubmetrdir və gələcəkdə bu göstərici 100 min kubmetrə çatdırılacaq.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info