“VI Müstəqillik Kuboku” İntellekt Çempionatını keçiriləcək
Tarix: 30.10.2017 | Saat: 16:22:00 | E-mail | Çapa göndər


“Odlar Yurdu” Gənclər İctimai Birliyi Azərbaycan İntellektual Oyunlar Klubu ilə birlikdə Milli Müstəqillik Günü, ölkəmizin müstəqilliyinin 26 illiyinə həsr olunmuş “əbəddi müstəqillik uğrunda” şüari ilə “VI Müstəqillik Kuboku” İntellekt Çempionatını həyata keçirir. 5 noyabr tarixində baş tutacaq çempionatın keçirilməsində əsas məqsəd ölkədə vətəndaşlıq ruhunun daha da yüksəldilməsilməsi, vətənpərvərliyin təbliği və potensial intellektlərin aşkarlanması və qiymətləndirilməsidir. “Odlar Yurdu” Gənclər İB-nin sədri Nigar Ələsgərova ölkə başcısı İlham Əliyevin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 2.1.2. (gənclərin azərbaycançılıq və dövlətçilik prinsipləri əsasında vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi) və 2.1.22. (yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-kütləvi, televiziya və radio verilişlərinin hazırlanması və yayımlanması) bəndlərini əsas tutaraq çempionatın bu sahədə atılacaq növbəti bir addım olacağını qeyd edir. Ölkədə intellektual hərəkatın təşviq olunması və inkişafında müstəsna xidmətləri olan, Azərbaycan İntellektual Oyunlar Klubunun Prezidenti Aydın Piriyev isə “VI Müstəqillik Kuboku” İntellekt Çempionatı və ümumiyyətlə gələcəkdə də həyata keçiriləcək bu kimi intellektual yarışların gənclərin formalaşması və maariflənməsində danılmaz təsirinin olduğunu və gələcəkdə də bu tendensiyanın davam etdiriləcəyini bildirib. Azərbaycan Respublikasının Milli Müstəqilliyinin 26 illiyi münasibətilə keçiriləcək intellekt kubokunda 18-29 yaş qrupunda gənclər iştirak edə bilər. Çempionat “Nə? Harada? Nə zaman?” intellektual yarış formatında olacaq və “Passage 1901” restoranında baş tutacaq. Qalibləri və iştirakçıları dəyərli hədiyyələr gözləyir. Çempionatın tərəfdaşı “Qrinviç” Təhsil Mərkəzi, STEP IT Academy və Çiçək Taksi şirkətidir. İştirak etmək istəyən komandalar aşağıda qeyd olunan linkdən qeydiyyatdan keçə bilərlər. Son müraciət tarixi 3 noyabrdır. https://docs.google.com/forms/d/1RJGyvTFAab3cUlLVPzt1BHHm0gmaZsC0l47AZT XzZH4/viewform?edit_requested=true

Fuad




 
Bölməyə aid digər xəbərlər
18.12.2018
Messi beşinci dəfə “Qızıl Buts”un sahibi olub
17.12.2018
Karateçilərimiz İtaliyadan yüksək nəticə ilə dönür
17.12.2018
İspaniya La Liqası: Lionel Messidən üç qol və bir məhsuldar ötürmə
16.12.2018
“Liverpul” “Mançester Yunayted”i məğlub edərək liderliyi qoruyub
16.12.2018
Azərbaycan kuboku: “Qarabağ” “Keşlə”ni məğlub edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10529

1 Anara Hacıbəyli Pirallahı rayonunda YAP ərazi təşkilatının sədri seçilib
2 “Tbilisi elə bir yerdir ki, burada zamanın necə keçdiyini hiss etmirsən”
3 Bill Klinton Heydər Əliyevlə görüntülərini paylaşdı
4 Azərbaycanlı gənc Misirdə fiziki qüsurlular üçün iki cihaz ixtira edib
5 Gələn ildən işlə bağlı müraciətlər elektron qaydada aparılacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info