“TANAP Türkiyənin hər il sürətlə artan təbii qaz ehtiyacının ödənilməsində həlledici əhəmiyyətə malikdir“
Tarix: 30.10.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


"TANAP Türkiyə və Azərbaycanın birlikdə işləyib hazırladığı, həmçinin Avropanın enerji təhlükəsizliyi baxımından da böyük əhəmiyyətə malik strateji layihədir. İnşaat işləri planlı şəkildə davam edir. İnşallah, yaxın vaxtlarda bu layihəmizi də istifadəyə verməyin sevincini yaşayacağıq".
 
APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan APA, "Trend" və "Azərtac"a müsahibəsində deyib.
 
O bildirib ki, Türkiyə enerjiyə olan tələbatın artmasında İqtisati Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında Çindən sonra ikinci sıradadır: "Bu baxımdan TANAP Türkiyənin hər il sürətlə artan təbii qaz ehtiyacının ödənilməsində həlledici əhəmiyyətə malikdir. Eyni zamanda “Şahdəniz” sahəsindəki qazı Avropaya nəql etməklə Avropanın enerji şaxələndirməsinə də töhfə verəcəyi birmənalıdır. Türkmən qazının da bu layihənin bir hissəsi olması üçün ciddi səylər göstəririk.
 
TANAP-ın birinci fazasından aldığımız qazın həcmi Türkiyənin qarşıdakı dövr üzrə qaz ehtiyacı hesabatında əksini tapıb. Digər tərəfdən Rusiyanın hal-hazırda Balkan ölkələri ərazisindən keçməklə aldığımız qazı birbaşa Qara Dəniz vasitəsilə ölkəmizə istiqamətləndirmək istəyi çərçivəsində formalaşan “Türk Axını Layihəsi”ndə də işləri davam etdiririk.
 
Şərqi Aralıq Dənizi və İraq başda olmaqla yeni layihələri də nəzərdən keçirməyə hazırıq.
 
Aparılan araşdırmalarda Şərqi Aralıq dənizi qazı da mənbələri şaxələndirilmə işlərimizdə yeni alternativə çevrilib. Türkiyə bütün bu təchizat layihələri ilə təmin edilən qazın maliyyə baxımından ən sərfəli və qısa məsafədən Avropaya nəql edilə biləcəyi marşrutda iştirak edir. Ölkəmizin təbii qaz və enerji üzrə ticarət mərkəzinə çevrilməsi üçün yeni investisiya qoyuluşlarını davam etdirəcəyik".




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Müxalifət kütləvi aksiyaları idarə edə bilmir
22.02.2019
Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
21.02.2019
Levan Çixeidze: Gürcüstan parlamenti Xocalı soyqırımını rəsmən tanımalıdır
21.02.2019
Müxalifət mitinqlərlə bağlı məsuliyyətdən niyə qaçır?
21.02.2019
Валентина Терешкова: не любить Азербайджан невозможно!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info