“BTQ ilə ilk qatarın yola salınması ilə Londondan Çinə qədər birbaşa dəmiryolu əlaqəsi yaradılır“
Tarix: 30.10.2017 | Saat: 16:42:00 | E-mail | Çapa göndər


"Bu gün Türkiyə, Azərbaycan və Gürcüstan qədər regionumuz üçün də strateji əhəmiyyətə malik Bakı-Tbilisi-Qars dəmiryolu xəttində ilk qatar yola düşür. Bununla  artıq Londondan Çinə qədər Orta Dəhliz vasitəsilə birbaşa dəmiryolu əlaqəsi yaradıldığını da elan etmiş oluruq".
 
APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan APA, "Trend" və "Azərtac"a müsahibəsində deyib.
 
Ərdoğan qeyd edib ki, hazırda Cənub dəhlizində və Şimal dəhlizində dəniz də daxil olmaqla, Çindən İngiltərə, Fransa, Almaniya kimi Avropa ölkələrinə yükdaşıma müddəti təxminən 45-62 gündür: "Eyni yük BTQ-nin istifadəyə başlaması ilə Orta Dəhliz vasitəsilə 12-15 gün arasında Aİ ölkələrinə çatacaq. Başqa sözlə Çin tərəfindən Aİ-na göndərilən yüklər BTQ xətti ilə birlikdə əvvəlki dövrdəki müddətin dörddə biri qədər vaxt ərzində təyinat yerinə çatmış olacaq".
 
Türkiyə prezidenti bildirib ki, hazırda Çin ərazisindən Avropaya daşınan yükün həcmi 240 milyon tondan çoxdur: "Ölkələrimizin ərazisindən keçən Orta Dəhlizdən hətta bu yükün 10%-i daşınsa, 24 milyon ton əlavə yük daşınmış olacaq. Bu yükün Bakı-Tbilisi-Qarsdəmiryolu xətti ilə daşınmasının digər dəhlizlərə nisbətən 30-45 gün daha az olması isə yükdaşıyıcılar üçün daha sərfəli hesab olunacaq.
 
BTQ-nın hətta sadəcə bu səbəblərlə Orta Dəhliz Nəqliyyat Xəttini tarixi İpək Yolunun mühüm əhəmiyyətli xəttinə çevirməyə kifayət edəcəyi qənaətindəyəm. Bununla yanaşı, regionumuzda paralel olaraq üzərində işlənilən nəqliyyat layihələrinin bir-birini tamamlayıcı və gücləndirici xarakterdə olmasına inanırıq.
 
İqtisadi üstünlükləri ilə yanaşı siyasi baxımdan da sülh, təhlükəsizlik, sabitlik və  sosial rifahı yaxşılaşdıracaq, yük və sərnişin axını ilə yanaşı məlumat axını ilə də ölkələrimizin qlobal müstəvidə inkişafına öz töhfəsini verəcək".




 
Bölməyə aid digər xəbərlər
19.06.2019
İlin 5 ayı ərzində qeyri-neft sektorunda ixrac 17,8 faiz artıb
19.06.2019
Nur-Sultanda Azərbaycan ticarət evi açılacaq
19.06.2019
Prezidentdən yeni qanunvericilik təşəbbüsü: Pensiyanın minimum məbləği 200 manata çatdırılır
19.06.2019
Azərbaycanda minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikincidir
19.06.2019
Vüsal Qasımlı: Yeni sosial paket 2 milyondan çox insanı əhatə edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10810

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info