“Azərbaycan xarici terroristlərin Suriyaya keçməsinin qarşısını almaq sahəsində mühüm ölkədir“
Tarix: 30.10.2017 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


"DAEŞ, PKK, PYD, YPG, DHKP-C və MLKP terror təşkilatlarından birinin digərindən fərqi yoxdur. Onların məqsədi birdir, o da Türkiyəni zəiflətməkdir".
 
APA-nın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan APA, "Trend" və "Azərtac"a müsahibəsində deyib.
 
"Keçən il FETÖ tərəfindən 250 vətəndaşımızın ölümünə, 2 min 193 vətəndaşımızın isə yaralanmasına səbəb olan, tariximizin ən xain çevriliş cəhdini də millət olaraq terror və terror təşkilatları qarşısında bir bədən, bir can olmağımız sayəsində uğursuzluğa düçar etdik. Əziz qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına da bu xain təşkilat qarşısında nümayiş etdirdikləri həmrəyliyə görə xüsusilə təşəkkür etmək istəyirəm. Azərbaycan xalqının 15 iyul gecəsində bizimlə eyni mövqedən çıxış edərək Türkiyədən daxil olan xəbərləri izlədiyini, xain çevrilişin uğursuz olmasını səmimi qəlbdən dilədiyini bilirəm. Bu da Türkiyə-Azərbaycan qardaşlığının nə qədər güclü olduğunu göstərir. FETÖ olduğu bütün ölkələr üçün təhlükə mənbəyidir. Buna görə də Azərbaycanın FETÖ strukturlarına qarşı gördüyü tədbirlərdən razı qaldığımızı bildiririk", - deyə Türkiyə prezidenti qeyd edib.  
 
O bildirib ki, bütün sahələrdə olduğu, kimi terrorizmə qarşı mübarizə sahəsində də Türkiyə Azərbaycanla yaxın əməkdaşlıq edir: "Səlahiyyətli orqanlarımız arasında kəşfiyyat və məlumat mübadiləsi, eyni zamanda əməliyyat sahəsində əməkdaşlığımız da artan sürətlə davam edir. Azərbaycan xarici terroristlərin Suriyaya keçməsinin qarşısını almaq sahəsində mühüm ölkədir və bu istiqamətdə faydalı işlər görür".




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“The Washington Times“: Müstəqil Azərbaycan 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi üçün ən yaxşı dəyərdir
19.01.2019
Bakıdakı 5 saylı “ASAN xidmət” mərkəzinin fəaliyyəti Zimbabve Prezidentində böyük maraq doğurub
18.01.2019
Azərbaycanın müstəqil siyasətinə heç bir kənar qüvvə təsir edə bilməyəcək
18.01.2019
TÜRKSAM: “Azərbaycanın regionda dəyəri artır”
18.01.2019
Rusiya XİN-dəki ermənipərəstlər Rusiya-Azərbaycan əlaqələrindən narahatdır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info