Pakistan jurnalı Zəngilanın işğalından yazır
Tarix: 30.10.2017 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


“Pakistan in the World” jurnalının elektron səhifəsində “Azərbaycanın Zəngilan rayonunun Ermənistan tərəfindən işğalı” sərlövhəli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə 29 oktyabr tarixinin Zəngilan rayonunun Ermənistan tərəfindən işğalının 24-cü ildönümü kimi yad olunduğu bildirilir, rayonun coğrafi mövqeyi barədə məlumat verilir, strateji mövqedə yerləşdiyi diqqətə çatdırılır.
Məqalədə Zəngilanın Çar Rusiyası tərəfindən işğalından başlayaraq Sovet dövrünə qədər keçdiyi inzibati-ərazi bölgüsü barədə də məlumat verilir, 1967-ci ildə Zəngilana şəhər statusu verildiyi qeyd olunur. Eyni zamanda, bölgənin Sovet dövründə mənəvi və maddi itkilərə məruz qaldığı, kollektivləşmə və repressiyaların burada ciddi iz qoyduğu vurğulanır. Həmçinin Zəngilanın təbiəti, bölgədə yerləşən dağ silsilələri, iqlim şəraiti haqında söhbət açılır.
Yazıda Füzuli və Cəbrayıl rayonları işğal olunduqdan sonra zəngilanlıların 67 gün tam mühasirə şəraitində ermənilərlə sinə gərdiyi, 1993-cü il oktyabrın 25-29-da Zəngilan rayonunun əhalisinin son anadək vuruşaraq Araz çayını keçdiyi, İran ərazisi ilə Azərbaycanın müxtəlif rayonlarında məskunlaşdığı və Ermənistanın işğalı ilə rayonun böyük fəlakətlə üz-üzə qaldığı qeyd olunur.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
12.08.2020
İran nüvə proqramında dəyişiklik edəcək heç bir planı qəbul etməyəcək
12.08.2020
“Etiraz aksiyalarına çıxanların əksəriyyəti kriminal keçmişi olanlar və işsizlərdir”
11.08.2020
“Şərqi Aralıq dənizində Türkiyənin maraqlarının qorunması üçün bütün tədbirlər görülüb“
11.08.2020
“Serbiya və Azərbaycan arasında güclü dostluq münasibətləri var”
11.08.2020
Türkiyə süni küləklərlə əyilib, bükülə biləcək bir ölkə deyil

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11585

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycan mətbəxi: Naxçıvan bozpörtü -VİDEO
3 Azərbaycan Memarlar İttifaqı öz tarixinin intibah dövrünü yaşayır
4 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
5 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info