160-a yaxın dövlət əmlakı özəlləşdirilməyə çıxarılır
Tarix: 30.10.2017 | Saat: 17:20:00 | E-mail | Çapa göndər


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 28 noyabrda dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.
 
Komitədən “APA-Economics”ə verilən məlumata görə, bu hərracda özəlləşməyə 158 dövlət əmlakı çıxarılacaq. Bunlardan 64-ü kiçik dövlət müəssisə və obyekti, 63-ü istifadəsiz qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyətləri 8-i isə nəqliyyat vasitələridir.
 
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında pambıqçılıq, quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr vardır. Belə səhmdar cəmiyyətlərinə “Yevlax Kəndkimya Təchizat”, “Ağcabədi Aqrotexservis”, “Neftçala Ət”, “Port İliç Xidmət”, “Şıxlar Broyler”, “Mingəçevir Qum Çınqıl“ və digər bu kimi səhmdar cəmiyyətləri aiddir. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. 
 
Prosesdə özəlləşdiriləcək səhmdar cəmiyyətlərin nizamnamə kapitalı 25 min 676 manatla 738 min 888 manat arasında dəyişir. Bu kateqoriyaya aid edilənlər arasında səhmlərinin özəlləşdirməyə çıxarılan ilkin start qiyməti ən çox olan əmlak “Yevlax Kəndkimya Təchizat” ASC-dir. Adıçəkilən əmlakın səhminin 30%-i 111 min manata yaxındır. Bundan başqa, qiyməti ilə digərlərindən fərqlənən əmlak “Şıxlar Broyler” ASC-dir. Həmin əmlakın 30% səhmi isə 41 min manata yaxın təklif olunur.
 
Hərracda sahibini tapacaq kiçik dövlət müəssisəsi və obyektləri məişət, iaşə, qida, toxuculuq, təmir, sənaye, nəqliyyat və digər sahələrinə  aiddir. Bu əmlaklar paytaxtla yanaşı Gəncədə, Göygöldə, İmişlidə, Cəlilabadda, Lerikdə, Oğuzda, Qaxda və digər şəhər və rayonlarda yerləşir. Özəlləşdirilən əmlakların  ümumi faydalı sahəsi 21 kvadratmetr ilə 3000 kvadratmetr arasında dəyişir.
 
Özəlləşməyə çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Gəncə, Şəmkir, İmişli, Tovuz, Xaçmaz, Şamaxı və digər şəhər və rayonlarında yerləşir. Prosesə çıxarılan müəssisələr sırasında "Çinar" soyuducular zavodunun Şəmkir filialı, Qovlar tikiş fabrikinin Goranboy sahəsi, Qoxmuq istirahət zonası kimi iri dövlət əmlakları var.
 
Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Gəncə şəhərində yerləşən Beton və məhlul istehsal edən sahəni nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün sənaye sahəsində yaxşı qazanc deməkdir. Əmlakın ümumi faydalı sahəsi 385 kvadratmetrə yaxındır.
 
Bundan başqa, Sumqayıt şəhərində yerləşən “Laçın” restoranı da xidmət sahəsində investorlar üçün gəlirli obyektdir. Adıçəkilən əmlakın digər üstünlüyü torpaq sahəsi ilə birgə özəlləşdirilməsidir. Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən isə 56-sı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir.
 
Hərracda özəlləşdirilməyə “Nissan Maxima”, “Mitsubishi Pajero”, “Kia Rio” nəqliyyat vasitələri çıxarılıb. Nəqliyyat vasitələrinin ilkin start qiyməti 900 manatla 10 min manat arasında dəyişir. 
 
Hərracda əmlaka yiyələnməsi üçün privatization.az portalına daxil olub, əmlakı seçib sifariş vermək və 10% məbləğində behi elektron qaydada ödəmək yetərlidir. Qeyd edilməlidir ki, elektron sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.
 
Hərrac barədə ictimai məlumatlandırma özəlləşdirmə portalı ilə bərabər, həm komitənin rəsmi saytı, həm də komitənin “facebook” sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır. Bundan əlavə, komitənin özəlləşdirmə portalında onlayn məsləhət pəncərəsi vasitəsilə hərraclar və əmlaklar barədə suallar cavablandırılır. Bununla yanaşı dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı elanlar, habelə hərraclarda iştirak qaydaları barədə məlumat komitənin rəsmi mətbuat orqanı olan “Mülkiyyət” qəzetində də dərc edilir.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Övladlığagötürmədə bu tələblər də əksini tapacaq
24.04.2019
Yaxın vaxtlarda yataqxanalardakı 1200 məcburi köçkün ailəsi yeni mənzillərə köçürüləcək
24.04.2019
Övladlığagötürmə: Yeni idarəetmə modelində valideyn-namizədlərin mənzil şəraiti və gəlirləri ilə bağlı tələblər də əksini tapacaq
24.04.2019
Əlilliklə bağlı göndərişlərin rəsmiləşdirilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən də həyata keçiriləcək
24.04.2019
Birdəfəlik maddi yardım verilməsi barədə Sərəncam 9300-dən çox şəxsə şamil olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info