Fransada Azərbaycan icmasının üzvləri ilə görüş olub
Tarix: 30.10.2017 | Saat: 17:55:00 | E-mail | Çapa göndər


Azərbaycanın Fransadakı səfirliyinin və bu ölkədə fəaliyyət göstərən “Ulduz” Mədəniyyət Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan icmasının üzvləri ilə görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, səfirliyin Mədəniyyət Mərkəzində keçirilən görüşdə səfir Rəhman Mustafayev Fransada yaşayan azərbaycanlıların sıx birləşməsinin vacibliyinə toxunub. Bildirib ki, Azərbaycanın müstəqilliyinin bərpasından sonra dövlətin prioritetlərindən biri də xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsidir.
Səfir qeyd edib ki, dövlətimizin məqsədi xaricdəki soydaşlarımızın tarixi Vətənlə əlaqələrini, onların milli özünəməxsusluğunu qoruyub saxlamaq, icma üzvlərinin potensialından milli maraqlarımızın daha etibarlı müdafiəsi üçün bəhrələnmək, soydaşlarımız arasında əlaqələri genişləndirmək, onların mədəni-siyasi hüquqlarını müdafiə etməkdən ibarətdir.
Prezident İlham Əliyevin xaricdə ölkələrdəki Azərbaycan icmalarına xüsusi diqqət ayırdığını vurğulayan səfir bildirib ki, Fransada yaşayan soydaşlarımız təşkilatlanmalı, Azərbaycan həqiqətləri bu ölkədə təbliğ olunmalı, xüsusilə erməni diasporunun yalanlarına qarşı planlı fəaliyyət qurulmalıdır. Azərbaycanın haqq səsi Fransa ictimaiyyətinə çatdırılmalıdır.
“Parisdəki səfirliyimiz Azərbaycan torpağıdır. Səfirliyin qapıları hər bir azərbaycanlıya açıqdır”, - deyən R.Mustafayev icma nümayəndələrinin hər birinin bu ölkədəki böyük Azərbaycan ailəsinin üzvü olduğunu vurğulayıb.
Azərbaycan xalqının ağrılı yeri olan Qarabağ problemindən söz açan səfir ölkəmizin reallıqlarının Fransa ictimaiyyətinə çatdırılmasının, milli maraqlarımızın, mədəniyyətimizin təşviq edilməsinin əhəmiyyətinə toxunub. Vurğulayıb ki, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyalarının, mətbuatda gedən dezinformasiyaların qarşısı alınmalı və onlara vaxtında tutarlı cavab verilməlidir.
Görüşdə səfirliyin icma üzvləri ilə birgə fəaliyyət konsepsiyasının hazırlanması qərara alınıb. Səfir hər bir icma üzvünü fəal olmağa çağırıb. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş tədbirlər planı hazırlandığı bildirilib. Yubileyin qeyd edilməsi ilə bağlı fikirlər irəli sürülüb.
Sonda icma üzvləri gələcək fəaliyyət planlarına dair müzakirələr aparıblar.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
22.07.2019
Əlilliyi olan bir qrup şəxs “Duzdağ” fizioterapiya mərkəzinə yola salınıb
22.07.2019
Azərbaycan mətbuatının nümayəndələri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
21.07.2019
Sabah bəzi yerlərdə havanın temperaturu 41 dərəcəyə yüksələcək
20.07.2019
Universiadada ən yüksək nəticə göstərən idmançılar mükafatlandırılıb
20.07.2019
Artıq sarı zolaqlar qüvvədə - Bu yollarda diqqətli olun!

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info