Naxçıvanda Əziz Əliyev prospekti yenidən qurulub
Tarix: 30.10.2017 | Saat: 17:56:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı il noyabrın 18-də “Azərbaycanın görkəmli dövlət və elm xadimi Əziz Əliyevin 120 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb. Buna uyğun olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 21 noyabr tarixli Sərəncamı ilə Tədbirlər Planı təsdiq olunub. Tədbirlər Planına əsasən Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işləri aparılıb və yeni yerüstü piyada keçidi inşa olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 28-də Naxçıvan şəhərindəki Əziz Əliyev prospekti və yeni inşa olunmuş yerüstü piyada keçidi istifadəyə verilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, aparılan tikinti və yenidənqurma işləri ilə maraqlanıb.
Bildirilib ki, Naxçıvan şəhərinin Əziz Əliyev prospektində yenidənqurma işlərinə bu ilin əvvəlindən başlanılıb. Yenidənqurma işləri aparılarkən yerli tikinti materiallarından istifadə olunub, avtomobil yolunun hərəkət hissəsi genişləndirilərək 24 metrə çatdırılıb, asfalt örtük verilib. Yolun hər iki kənarında piyada yolu salınıb, ümumi uzunluğu 3500 metr olan yeni divar tikilib, müasir işıqlandırma sistemləri qurulub və yaşıllaşdırma işləri görülüb.
Yerüstü piyada keçidi yeni yaşayış kompleksi ilə Cahan Ticarət Mərkəzi və buradakı bazar istiqamətində sakinlərin təhlükəsiz və rahat hərəkətinə imkan verəcəkdir. Müasir memarlıq üslubunda inşa olunan və işıqlandırma sistemi qurulan piyada keçidinin ümumi uzunluğu 41, eni isə 3 metrdir. 5 sütun üzərində qurulmuş keçidin yolun hərəkət hissəsindən hündürlüyü isə 4,7 metrdir.
Ali Məclisin Sədri Naxçıvan şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, eləcə də nəqliyyatın və piyada axının intensiv olduğu ərazilərdə hərəkətin tənzimlənməsi ilə bağlı tapşırıqlar verib.




 
Bölməyə aid digər xəbərlər
23.03.2019
Bakıda güclü külək, rayonlarda qar gözlənilir
23.03.2019
Ölkə ərazisində sabaha olan hava proqnozu açıqlanıb
23.03.2019
Gəncə-Bakı reysinə dəyişiklik: əlavə sərnişin qatarı ayrılır
23.03.2019
Ölkəmizdə meyvə məhsullarına olan tələbat əsasən yerli istehsal hesabına ödənir
21.03.2019
Abşeronlular Novruz bayramını əsgərlərlə bir yerdə qeyd ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 Yuliya Naçalova vəfat edib
5 İraqda bərə qəzaya uğrayıb: 71 ölü


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info