“AtaTravel” tələbələr üçün müsabiqə təşkil edir
Tarix: 30.10.2017 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


“AtaTravel” turizm şirkəti turizm fakültələrinin yuxarı kurslarında təhsil alan tələbələr üçün müsabiqə təşkil edir. Belə ki, adıçəkilən kateqoriyaya aid tələbələr müsabiqəyə xarici turistlər üçün nəzərdə tutulmuş Azərbaycan daxilində tur proqram təqdim edə bilərlər. Tur proqram Azərbaycanın istənilən bir turizm bölgəsinə aid olmaqla, həmin regiona aid əlamətdar turizm nöqtələrini və marşrutlarını əhatə etməli, əsaslandırılmış olmalıdır. Hər müsabiqə iştirakçısı olan tələbə yalnız bir tur prqoram təqdim edə bilər. Müsabiqədə iştirak etmək istəyən müvafiq kateqoriyaya aid tələbələr tur proqramı oktyabr noyabr ayının 11-nə qədər dilara.zamanova@ataholding.az ünvanına göndərə bilərlər.
Müsabiqəyə təqdim edilmiş tur proqramlar sözügedən müsabiqə üçün təşkilatçı tərəfindən formalaşdırılmış xüsusi münsiflər heyəti tərəfindən yoxlanılacaq və qiymətləndiriləcəkdir. Müsabiqədə fərqlənən iştirakçıya sertifikat və daxili tur təltif ediləcək. Qeyd edək ki, müsabiqə tuizm ixtisası üzrə təhsil alan tələbələrin bilik və bacarıqlarını artırmaq, həmçinin Azərbaycan turizminin inkişafına dəstək məqsədilə təşkil edilir.
“AtaHolding” Şirkətlər Qrupunun turizm sektorunda “AtaTravel” MMC, “AtaTurizm” və “Excelsior Hotel & Spa Baku” oteli fəaliyyət göstərir. 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edir. Şirkət öz müştərilərini mehmanxana, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlərlər göstərir.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info