“Veysəloğlu” əməkdaşlarının tələbə olan övladlarına aylıq təqaüd müəyyən edib
Tarix: 30.10.2017 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Bu gün “Veysəloğlu Qrup” Təlim və Tədris Mərkəzində şirkət əməkdaşlarının ali təhsil müəssisələrinə yüksək bal ilə qəbul olaraq tələbə adını qazanan övladları ilə şirkət rəhbərliyi arasında növbəti görüş keçirilib. Görüşdə şirkət rəhbərliyi yüksək bal toplayaraq ölkənin və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olmuş tələbələrə uğurlar arzulayaraq, onlara gələcəkdə daha da yüksək nailiyyətlər əldə etməyi, savadlı kadrlar kimi yetişməyi, dövlətə və millətə layiqli vətəndaş olmağı arzulayıb.
Tədbir zamanı həmçinin şirkət əməkdaşları və övladları ölkəmizdə təhsilə verilən qiymət, yaradılan şəraitdən razı qaldıqlarını bildirib, öz növbəsində şirkət rəhbərliyi tərəfindən də göstərilən diqqət və qayğıya görə təşəkkürlərini ifadə ediblər.
Qeyd edək ki, Veysəloğlu şirkətinin 16 nəfər əməkdaşının övladı 2017-2018 təhsil ili üçün ali təhsil müəssisələrinə qəbul imtahanlarından uğurla keçərək ölkəmizin və xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olublar. Onlar əldə etdikləri yüksək nəticəyə görə Veysəloğlu Tələbə Təqaüd Proqramının (VTTP) iştirakçısı olmağa haqq qazanıb. Belə ki, şirkət əməkdaşlarının ali məktəblərə qəbul imtahanında 600 baldan yuxarı nəticə göstərən övladları ilə bərabər, 500-600 bal arası nəticə göstərən övladlarına da aylıq təqaüd ödəniləcək. Bundan başqa 300-500 bal arası nəticə göstərənlərə isə birdəfəlik mükafatlar verilib.
Xatırladaq ki, “Veysəloğlu” Şirkətlər Qrupu 2013-cü ildən etibarən “Veysəloğlu Tələbə Təqaüd Proqramı”nı həyata keçirməkdədir. Təqaüd Proqramına əsasən ümumilikdə 50-ə yaxın şirkət əməkdaşının ölkə daxilində və xaricdə ali təhsil müəssisələrinə qəbul olmuş övladlarına təhsilə dəstək məqsədilə aylıq və birdəfəlik təqaüdlər ödənilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Sahil Babayev canlı efirdə 36 vətəndaşın müraciətini cavablandırıb
22.02.2019
“Prezidentin Əfqanıstan müharibəsi veteranlarına və bu müharibədə həlak olanların ailələrinə qayğısı davamlıdır”
22.02.2019
“AZƏRSUN HOLDİNQ“ İnsan Resursları üzrə mütəxəssis axtarır
22.02.2019
Bu il Bakının 4 rayonunda “DOST” mərkəzləri yaradılacaq
21.02.2019
Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”
5 1400 manat maaşla sürücü axtarılır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info