“Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə regionda sabitlik və əməkdaşlığın alınmaz qalasına çevrilib”
Tarix: 30.10.2017 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


Azərbaycan müstəqilliyini bərpa etməsindən bu günə qədər keçən müddət ərzində ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi kurs və Prezident İlham Əliyevin səbatlı rəhbərliyi altında regionda sabitlik və əməkdaşlığın, eyni zamanda, mədəniyyətlərarası tolerantlığın alınmaz qalasına çevrilib.
Bu fikri AZƏRTAC, APA, və TREND agentliklərinə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Prezident qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasındakı strateji müttəfiqliyin ruhuna uyğun ikitərəfli əlaqələrimiz iqtisadiyyat, enerji, hərbi, müdafiə sənayesi və təhlükəsizlik məsələləri başda olmaqla bütün sahələrdə artmaqda davam edir. Son olaraq qardaşım İlham Əliyevi D-8 Zirvəsində xüsusi qonaq statusunda İstanbulda qarşıladıq.
“Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında gündəliyimizdəki bu məsələlərə baxacağıq. Şuranın iclasında bir Protokol və bəzi sazişlər də imzalayacağıq. Bu sənədlər şübhəsiz ki, mövcud ikitərəfli əməkdaşlığımızın hüquqi bazasını daha da möhkəmləndirəcək. Şuranın iclaslarının hər il sistemli şəkildə keçirilməsindən böyük məmnunluq duyuruq. Gələn il 7-ci iclası Türkiyədə keçirəcək, əziz qardaşım Prezident İlham Əliyevi bu münasibətlə ölkəmizdə qarşılamaqdan şərəf duyacağıq”, - deyə Rəcəb Tayyib Ərdoğan qeyd edib.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info