Ərzurum Ticarət və Sənaye Palatası başçısı Lütfü Yücelik : ”Bakı-Tbilisi-Qars dəmir yolu bölgənin iqtisadi və mədəni inkişafını yüksəklərə qaldıracaq”
Tarix: 30.10.2017 | Saat: 19:03:00 | E-mail | Çapa göndər


Əsrin layihəsi Bakı-Tbilisi-Qars dəmir yolu (BTQ) bu gün açılır. Tarixi mərasimə Azərbaycan Prezidenti İlham Əliyev, Prezident Rəcəb Tayyib Ərdoğan və Gürcüstan Baş naziri Giorgi Kvirikaşvili qatılaıb. İlk rəsmi səfərini başlayacaq olan “Dəmir İpək Yolu”nda illik 50 milyon ton yük daşınması planlaşdırılır. Bakı-Tbilisi-Qars dəmir yolu açıldığı zaman Türkiyə iqtisadiyyatına da böyük imkanlar yaranacaq. Bölgənin iqtisadiyyat nümayəndələri də həyəcanla yeni sərmayələri gözləyirlər.

Türkiyə 1 milyard dollar qazanacaq

Ərdahan Ticarət və Sənaye Palatası başçısı Çətin Dəmirci Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının Türkiyə Cümhuriyyətinin elanının 94-cü ilində baş tutmasını həm ölkə, həm də bölgə üçün qürurverici olduğunu söyləyib. Ç.Dəmirci “Layihənin ölkəmiz üçün xərci 600 milyon dollar, amma illik qazancı bir milyard dollar təşkil edir. İldə bir milyon sərnişin daşıyacaq. 2 aylıq yolun müddəti 15 gün olacaq” deyib.
Qars Kiçik Sənaye Mərkəzinin başçısı Namık Akça da layihənin bölgə üçün iqtisadi, mədəni və turizm mənasında əhəmiyyətli əlavə dəyər təmin edəcəyini söyləyib. Akça bildirib ki, "Bu layihənin Qars, Ərzurum, Ərdahan, İğdır və Ağrı əyalətləri ilə birlikdə iqtisadiyyata təsirinin çox böyük olacağını bilirik. Böyük gözləntilərimiz var. Layihə ilə bağlı bölgəyə investisiya qoymaq istəyənlərin sayı olduqca çoxdur, 80-90 faiz nisbətində tələb var. Layihə ilə bölgədə əhəmiyyətli inkişafların olacağı qaçılmazdır”.
Ərzurum Ticarət və Sənaye Palatası başçısı Lütfü Yücelik da, BTQ layihəsinin bölgə üçün çox əhəmiyyətli olduğunu deyib: "Şəhərimizdəki loqistika kəndi Qara dəniz limanlarına daha qısa müddətdə çatmağa imkan verəcək, KOP, Ovit və Zigana tunellərilə sürətli qatarın Ərzincan, Ərzurum və sonra Qarsa çatması, bu
bölgəni iqtisadi və mədəni inkişaf sahəsində daha da yüksəklərə qaldıracaq”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsveçrə səfiri Məmməd Musayevlə görüşüb
25.09.2018
Avropa İnvestisiya Bankı ilə müzakirələr aparılıb
25.09.2018
AZPROMO-da təlim keçirilib
25.09.2018
Bakı Nəqliyyat Agentliyi: 7 müntəzəm marşrut müsabiqəyə çıxarılıb
25.09.2018
Azərbaycan məhsullarının Rusiyaya ixracına dair müqavilələr imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info