Ayk Gevorkyan: ”Ermənistan büdcəsinin yarısını xarici borcları ödəməyə sərf edəcək”
Tarix: 30.10.2017 | Saat: 19:47:00 | E-mail | Çapa göndər


Ermənistan-2018: gəlirlər azalacaq, qiymətlər artacaq

Gələn ilin ilk günündən etibarən Ermənistanda əsas malların qiymətində artım gözlənilir. O da ehtimal edilir ki, bəzi məhsul qruplarında bu artımın davamlı olacağı ehtimal edilir. Təbii ki, hazırkı şəraitdə Ermənistan hakimiyyətinə ölkədə az da olsa qalan təqaüdçilərin ödənişini etmək, əmək haqlarını və digər problemləri həll etmək üçün pul lazımdır. Ermənistan hökumətinin ən böyük problemi isə xarici börcla bağlıdır. Məsələ bundadır ki, ölkənin xarici borcu azalmaq əvəzinə daim artmaqdadır və bu borcu ödəmək ildən-ilə daha çox məbləğ tələb edir. Lakin bütün bunlara, yəni Ermənistanın xarici borcunun ildən-ilə artmasına baxmayaraq, hakimiyyət büdcə kəsirini doldurmaq üçün borc siyasətini davam etdirirlər.
“Arntimes” portalında müəllif Ayk Gevorkyan Ermənistanın xarici borcunun artıq 6 milyard dolları ötdüyünü bildirib.
Müəllif qeyd edir ki, Ermənistan borc ilə yaşayan dövlətlər siyahısına daxil olub ki, bu da onun müstəqil siyasət aparmasına imkan vermir. Hökumət Avropa banklarından borc alaraq Beynəlxalq Valyuta Fonduna olan borcunu ödəyir, Dünya Bankından borc alaraq Avropa banklarına olan borcunu ödəyir. Hazırda Ermənistan hökuməti xarici borclarını borc alaraq ödəyir və bu hal iqtisadiyyatın daha da pis vəziyyətə düşəcəyindən xəbər verir.
Müəllif qeyd edir ki, 2020-ci ildə Ermənistanın dövlət büdcəsi 3 milyard dollar olacaq ki, bunun 1 milyard 500 milyonunu borclarına ödəyəcək.
Erməni rəhbərliyinin yeritdiyi bədxah siyasətin nəticəsi olaraq, bu ölkə qonşu ölkələr tərəfindən həyata keçirilən bütün layihələrdən kənarda qalıb. Hazırda bu ölkəni fırtınalı dənizdəki qum adaya da bənzətmək olar. Maraqlıdır ki, hazırda idarə edənlərin bəzəiləri də ölkənin gələcəyinə şübhə ilə yanaşmağa başlayıblar: «Son bir neçə ildə Ermənistan iqtisadiyyatının dünyadakı mənfi dəyişikliklərə məruz qalması ölkədə iqtisadi artımın aşağı səviyyəsinə gətirib çıxarıb».
Bunu Ermənistanın baş naziri Karen Karapetyan ölkə parlamentində «2018-ci il üçün Ermənistan Respublikasının dövlət büdcəsi haqqında» qanun layihəsinin müzakirəsi zamanı bildirib: «Hazırda, ölkədəki cari inkişaf ümidverici görünsə də, buna baxmayaraq, bu, uzunmüddətli yüksək iqtisadi artımın əsasları üçün kifayət qədər güclü deyil». Bununla belə o, hökumətin 2018-ci il üçün planlaşdırdığı büdcədə ölkə üzrə iqtisadi artımın 5 faizə qədər ola biləcəyini ehtimal edir. «Lakin unutmaq lazım deyil ki, bu bizdən böyük səy tələb edir»-deyən baş nazir hökumətin kölgə iqtisadiyyatını azaltmaq və biznesin inkişafı istiqamətində addımlar atmağa çalışacğını qeyd edib.
Sual olunur, hansı qüvvə ilə? Axı, hər hansı bir ölkəyə «kapital xərcləri olmadan, dövlətin inkişafını gözləmək olarmı?". Bunu da parlamentdəki büdcə müzakirəsi zamanı Daşnaksütyun nümayəndəsi Aqvan Vardanyan bildirib. Vaxtilə Ermənistana sərmayə qoyan bir çox erməni əsilli iş adamları da bu ölkənin heç bir perspektivi olmadığını başa düşüblər. Onlar aldandıqlarını görüb «zərərin yarısından qayıtmaq da xeyirdir» prinsipi ilə hərəkət edərək nümayişkaranə şəkildə Ermənistanı tərk ediblər.
Qeyd edək ki, Ermənistan parlamentində «Elk» («Məkan») fraksiyasının rəhbəri Nikol Paşinyan da 2018-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsini «qeyri- kafi» kimi dəyərləndirib. Paşinyanın fikrincə, "hökumətin siyasəti yoxsulluğu aradan qaldırmaq deyil, dərinləşdirməkdir": «Biz artıq üçüncü ildir ki, nə təqaüdləri, nə də sosial və ailə təminatlarını artıra bilmirik. Buna baxmayaraq, ölkədə inflyasiya mövcuddur və davam edir. Biz, artıq gələn il ölkədə qiymət artımının 4 faiz olacağını ehtimal edirik, Unutmaq lazım deyil ki, bu artım 2017-ci ildə 2,7 faiz təşkil edib. Beləliklə bizdə inflyasiyanın mövcudluğu 6,7 faizdir. Beləliklə, mənim qənaətimcə, əgər biz təqaüd və ailə müavinətini qaldırmırıqsa, deməli hökumət yoxsulluğun aradan qaldırılmasına yox, yoxsulluğun daha da dərinləşməsinə yönəlmiş siyasət həyata keçirir».
O həmçinin, 2018-ci ilin yanvarından etibarən Avrasiya İqtisadi Birliyinin müxtəlif istehlak mallarının qiymətlərini artıracağını, yeni gömrük tariflərini müəyyən edəcəyini və bunun Ermənistanın sosial həyatına da xüsusi təsir göstərəcəyini bildirib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Belarus səfəri Ermənistanda böyük rezonans doğurub
20.11.2018
Moldova prezident idarəçiliyinə qayıtmaq istəyir
20.11.2018
Gürcüstanda 150-dən çox sabiq vəzifəli şəxsə qarşı cinayət işi açıldı
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info