“Bu gün yeni Avrasiya körpüsü istifadəyə verilir“
Tarix: 30.10.2017 | Saat: 20:07:00 | E-mail | Çapa göndər


"Bu gün region müxtəlif çağırışlarla üz-üzədir. Stabilliyə yönələn Bakı-Tbilis-Qars layihəsi böyük diqqətə layiqdir".
 
APA-nın məlumatına görə, bunu bu gün Bakı-Tbilisi-Qarsdəmir yolunun istifadəyə verilməsinə həsr olunmuş təntənəli tədbirdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili deyib.
 
Gürcüstanın baş naziri bildirib ki, layihə mövcud iqtisadi reallığı dəyişəcək: "Bu gün yeni Avrasiya körpüsü istifadəyə verilir. Yeni dəmir yolu marşrutunun tam işə düşməsi ilə regionun nəqliyyat və ticarət statusu möhkəmlənəcək. Bakı-Tbilisi-Qars dəmir yolu həm də 1 milyon sərnişinə xidmət göstərəcək. Layihə turizmə təkan verəcək, yeni iş yerləri yaradılacaq".
 
Giorgi Kvirikaşvili qeyd edib ki, beynəlxalq daşınmaların təşviqi üçün Azərbaycan, Türkiyə və Gürcüstan yeni nəqliyyat layihələrinin həyata keçirilməsinə böyük önəm verir: "Yeni limanlar tikilir, yollar müasirləşdirilir. Bakı-Tbilisi-Qars dəmir yolunun uğuru Çinlə artan iqtisadi əlaqələrdir. Bu gün konteyner qatarı Çindən yola çıxdıqdan sonra 8 günə mənzil başına çatır. Qazaxıstan prezidenti Nursultan Nazarbayev də bu layihənin ərsəyə gəlməsində böyük rol oynayıb".
 
Baş naziri nəzərə çatdırıb ki, noyabrında 28-29-da Tbilisidə İpək Yolun sammiti keçiriləcək: "Biz şirkətlərin də iştirak edəcəyi bu sammitdə Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha diqqətə çatdıracağıq. Biz bir-birimizin yanında olmaqla, həm ölkələrimiz, həm də regionumuz üçün böyük uğurlar qazanacağıq".


Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Əfqanıstan prezidentinin mitinqində BOMBALAR PARTLADI
17.09.2019
İsraildə parlament seçkiləri keçirilir
17.09.2019
BƏƏ-yə məxsus gəmi İran tərəfindən saxlanıldı
16.09.2019
Dünyanın ilk üzən nüvə elektrik enerjisi stansiyası Pevek şəhərinə çatdı
16.09.2019
Ursula fon der Lyayen: “Xarici güclərin müdaxiləsi Avropa üçün təhlükədir”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info