Azərbaycan YUNESKO Baş Konfransının vitse-prezidenti seçilib
Tarix: 30.10.2017 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Parisdə YUNESKO-nun baş qərargahında təşkilatın Baş Konfransının 39-cu sessiyası öz işinə başlayıb. Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov və Milli Komissiyanın rəhbəri Elnur Sultanov konfransda iştirak edirlər. Tədbirdə YUNESKO Baş Konfransının keçmiş prezidenti Stenli Mutuba Simataa, qurumun baş direktoru İrina Bokova və İcra Surasının sədri Maykl Vorbs çıxış edərək təşkilatın üzləşdiyi məsələlərdən, problemlərdən çıxış yollarından və qarşıdan gələn növbəti iki ildə görüləcək işlərdən danışıblar. YUNESKO Baş Konfransının 39-cu sessiyasının açılışında Azərbaycan Respublikası konfransın vitse-prezidenti seçilib. Ölkəmiz, həmçinin Baş Konfransın nominasiya komitəsinin sədr müavini seçilib.
İki ildən bir keçirilən sessiya qurumun ən mühüm tədbiri hesab edilir. Üzv ölkələr YUNESKO üzrə Milli komissiyalar, qurum yanında daimi nümayəndəliklər və təşkilatın əhatə etdiyi bütün prioritet sahələr üzrə təmsilçilərin iştirakı ilə Baş Konfransın işində təmsil olunurlar.
Sessiya çərçivəsində mədəniyyət, təhsil, informasiya və kommunikasiya sahələrində aktual məsələlərə baxılacaq, müzakirələr aparılacaq.
Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info