“Buta Airways” Bakı-Sankt-Peterburq-Bakı müntəzəm aviareysinə başlayıb
Tarix: 30.10.2017 | Saat: 21:05:00 | E-mail | Çapa göndər


Azərbaycanın aşağıbüdcəli aviaşirkəti “Buta Airways” oktyabrın 30-dan Bakı-Sankt-Peterburq-Bakı müntəzəm aviareysinə başlayıb. Uçuşlar çərşənbə axşamı və bazar günü istisna olmaqla həftədə beş dəfə həyata keçiriləcək. Biletlərin minimal qiyməti 29 avrodan başlayır.
AZƏRTAC “Коммерсант.ру” saytına istinadla xəbər verir ki, “Vozduşnıye Vorota Severnoy Stolitsı” (Воздушные Ворота Северной Столицы) MMC-nin kommersiya direktoru Yevgeni İlyin bildirib ki, Azərbaycan Sankt-Peterburq üçün mühüm məkandır. Azərbaycan ilə Sankt-Peterburq arasında 2017-ci ilin ilk doqquz ayında sərnişin dövriyyəsi 72 min olub. Bu isə 2016-cı ilin eyni dövrü ilə müqayisədə 16 faiz artım deməkdir.
“Büdcə” və “Standart” tarifləri üzrə aviabiletləri rəsmi saytda əldə etmək mümkündür. 10 kiloqramadək çəkisi olan əl yükü (ölçüləri 55x35x20 santimetr olduqda), çəkisi 23 kiloqramadək olan baqaj və hava limanında ödənişsiz qeydiyyatı nəzərdə tutan “Super” tarifi üzrə aviabiletləri agentliklərin bütün satış ofislərində əldə etmək olar.
Loukoster aviaşirkət olaraq, “Büdcə” minimal tarifində baqajın, əl yükünün daşınması, təyyarə göyərtəsində isti yeməklər, hava limanında qeydiyyat, eləcə də təyyarədə yer seçimi kimi əlavə xidmətlər ödəniş müqabilində təklif edilir. Bütün yenilikləri və xəbərləri “Buta Airways”in sosial şəbəkələrdəki səhifələrində izləmək mümkündür (facebook.com/ButaAirways, instagram.com/ButaAirways, twitter.com/ButaAirways, t.me/Buta_Airways).
“Buta Airways” Azərbaycanın ilk aşağıbüdcəli aviaşirkətidir və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) struktur bölməsidir. 2016-cı ilin dekabrında əsası qoyulub. Uçuşlar 2017-ci ilin sentyabr ayından yerinə yetirilməyə başlanıb.
Aviaşirkətin donanması müasir “Embraer” təyyarələrindən ibarətdir. Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info