Asiyada yeni siyasi oyun: Çinə qarşı alyans yaradılır
Tarix: 30.10.2017 | Saat: 23:54:00 | E-mail | Çapa göndər


Tramp administrasiyası Çinin Asiya və Afrikada hərbi-siyasi-iqtisadi nüfuzunun artmasına arşı dördtərəfli qruplaşma- Vaşinqton-Tokio-Dehli-Kanberra birliyini yaratmağa çalışır

ABŞ-ın yeni administrasiyasının dünyanın bir çox bölgəsi ilə bağlı hansı siyasəti həyata keçirəcəyi hələ də dəqiqləşməyib. Ağ Ev Administrasiyasının başı daxili problemlərə çox qarışdığından bəzi qeyri-müəyyənliklər bir çox sahədə özünü biruzə verir. Şimail Koreyanın raket sınaqları Tramp administrasiyasının diqqətini bu zonaya daha çox diqqət ayırmağa vadar edib. Bu isə Asiya ilə bağlı həyata keçiriləcək siyasətin bəzi konturlarını çəkmək baxımından əhəmiyyətlidir. Belə görünür ki, üzdə Şimali Koreyaya qarşı olan mübarizə mahiyyət etibarilə Çinə qarşı yeni sədd yaratmağa hesablanıb.
Maraqlıdır ki, son vaxtlara qədər regionda əsas müttəfiqi olan Pakistanı terroru dəstələməkdə ittiham edən Ağ Ev İslamabadın əsas rəqibi olan Hindistanla yaxınlaşmağa çalışır. Pakistanın Çinlə yaxınlaşması burada əsas ziddiyyət yaradan məqamdır. Çin Hindistanın güclənməsinin qarşısını almaq çün Pakistanla yaxınlaşır. Dehli həmişə Rusiya ilə yaxın olub və bu ölkədən silahlar alır. Amma Hindistan ABŞ-dan yeni dronlar almağa cəhd edir, amma bir şərtlə ki, imzalanacaq müqavilə onun suverenliyinə heç bir zərər gətirməsin. Tramp administrasiyası Çinin Asiya və Afrikada hərbi-siyasi-iqtisadi nüfuzunun artmasına qarşı dördtərəfli qruplaşma- Vaşinqton-Tokio-Dehli-Kanberra birliyini yaratmaq istədiyini açıq şəkildə ifadə edib. ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Elis Uellz bildirib ki, 4 dövləti birləşdirən ümumi maraq, dəyərdir. Çin Kommunist Partiyasının son qurultayında qəbul edilən bəyanatda qeyd edilir ki, həmin “ümumi dəyərlər” Pekin tərəfindən qəbul edilmir.

“India Strategic” jurnalının redaktoru Vinay Şukla:
“Dehli ABŞ-la bu əməkdaşlığa razıdır, amma bu münasibətin ittifaq səviyyəsinə qalxmasını istəmir. Hindistan istəmir ki, Vaşinqton ona Rusiya, İran və Çinlə münasibəti necə qurmağı diktə etsin”



“Times of India” yazır ki, Uellz Pekinin adını çəkməsə də Pakistan və Nepalın “vəhşicəsinə maliyyələşdirildiyi və nəticədə həmin dövlətlərin borcu ödəyə bilmədikləri üçün asılı vəziyyətə düşdüklərini” deməklə Çini nəzərdə tutub. Çinə qarış açıq çağırış isə ABŞ-ın müdafiə naziri Ceyms Mattisdən gəlib. Pentaqon rəhbəri bildirib ki, Çinin rəhbərlik etdiyi layihədən daha çox “kəmər və yollar” var. Mettis Çinin Pakistan vasitəsilə Hind okeanına “iqtisadi dəhliz” açmaq siyasətini tənqid edən Hindistanın mövqeyinə dəstək ifadə edib. Çinin həmin “iqtisadi dəhlizi”nin bir hissəsi Kəşmir ərazisindən keçir. Hindistan isə oranı öz ərazisi hesab edir. İndi Hindistan cəmiyyətində bu məsələ ilə bağlı gərgin müzakirələr gedir. Hindlilərin bir qismi hesab edir ki, ABŞ-ın belə təklifi “həyatda bir dəfə” olur. Ekspert Sandji Pandi yazır ki, keçmişi, Rusiyadan silah alınmasını unutmaq və “vaqondan atılmaq lazımdır”. “India Strategic” jurnalının redaktoru Vinay Şukla “Nezavisimaya qazeta” nəşrinə açıqlamasında bildirib ki, qeyd edilən dörd dövlətin birliyinin yaradılması məsələsi bir müddətdir ki, müzakirə predmetidir: “Həmin dövlətlərin hər biri Çinin güclənməsindən narahatdır. Çinin Cənub-Çin dənizindəki siyasəti qəbuledilməzdir. Axı, Hindistan Sakit okeana Cənub-Çin dənizi vasitəsilə çıxır. Hətta bizim Rusiya ilə ticarətimiz bu region vasitəsilə olur. Mənim fikrimcə, Dehli ABŞ-la bu əməkdaşlığa razıdır, amma bu münasibətin ittifaq səviyyəsinə qalxmasını istəmir. Hindistan istəmir ki, Vaşinqton ona Rusiya, İran və Çinlə münasibəti necə qurmağı diktə etsin”. Nəşr redaktoru çox incə məsələyə toxunub. Məsələ ondadır ki, Dehlinin Moskva və Tehranla sıx əlaqələri var. Rusiya Hindistanın əsas silah tədarükçüsüdür. İran isə regionda siyasət üçün çox vacibdir. Əks halda Hindistanın regiona çıxışı, demək olar ki, mümkünsüz ola bilər. Ona görə də Dehlinin Rusiya və İranla bağlı siyasətini dəyişməsi gözlənilmir. Vinay Şukla Dehlinin ABŞ-dan pilotsuz uçan aparatlar alması məsələsinə də münasibət bildirib: «Bizim ordu çoxdandır ki, bu dronları almaq istəyir. Bu silah bizə gəmilər və sualtı qayıqlara qarşı istifadə etmək çün çox vacibdir. Amma hələ ki, razılaşma əldə olunmayıb. Məncə, amerikalılar Pakistanı həddindən artıq özündən çıxarmaq istəmir, ona görə də qərar qəbul etmirlər”. Xatırladaq ki, bu ayın əvvəlində Vaşinqton Pakistan hərbi kəşfiyyatını Əfqanıstanda partlayışlar törədən döyüşçüləri dəstəkləməkdə ittiham etmişdi. ABŞ həmin döyüşçülərin Pakistan ərazisindəki düşərgələrini bombalamaq və İslamabadı NATO-dan kənar imtiyazlı müttəfiq statusundan məhrum etməklə hədələyir. ABŞ hələlik bu addımları atmayıb. Amma Çin dərhal müttəfiqinin müdafiəsinə qalxıb. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan bəyan edib ki, Pakistan terrorizmə qarşı mübarizənin ön xəttini təşkil edir və bu mübarizədə çox itkilər verib.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Merkel və Putin arasında telefon danışığı olub
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info