“Bakı-Tbilisi-Qars dəmir yolu bölgənin iqtisadi və mədəni inkişafını yüksəklərə qaldıracaq”
Tarix: 30.10.2017 | Saat: 23:56:00 | E-mail | Çapa göndər


Ağrı Ticarət və Sənaye Palatası başçısı Saim Alpaslan:
“Layihə başda Qars olmaqla bütün bölgədə iqtisadiyyatın inkişafını canlandıracaq”

Təməli 2007-ci ildə Gürcüstanda, 2008-ci ildə isə Qarsda atılan Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi, Xəzər dənizi geçişli qatar-bərə xətlərilə Qazaxıstan və Türkmənistana olan əlaqəsilə, Türkiyənin Orta Asiya, Uzaq Şərq və Cənubi Asiyaya dəmir yolu nəqliyyatı üçün əhəmiyyətli bir beynəlxalq dəhliz təşkil edəcək.

Layihənin bölgə üçün iqtisadi, mədəni və turizm mənasında əhəmiyyətli əlavə dəyər təmin edəcəyini deyən Qars Kiçik Sənaye Mərkəzinin başçısı Namık Akça, dəmir yolu ilə bağlı Qars və ətraf əyalətlərdəki sənaye bölgələrinə tələbin artdığını bildirib: “Bu layihənin Qars, Ərzurum, Ərdahan, İğdır və Ağrı əyalətləri ilə birlikdə iqtisadiyyata təsirinin çox böyük olacağını bilirik. Böyük gözləntilərimiz var. Mütəşəkkil sənaye bölgəmiz dolub, ikinci bir sənaye bölgəsinin açılmasına ehtiyac var. Layihə səbəbilə bölgəyə investisiya qoymaq istəyənlərin sayı olduqca çoxdur, 80-90 faiz nisbətində tələb var. Layihə ilə bağlı bölgədə əhəmiyyətli inkişafların olacağı qaçılmazdır”.

"Ölkələr kommersiya, sosial və mədəni mənada bir-birinə bağlanacaq"
Ərzurum Ticarət və Sənaye Palatasının başçısı Lütfü Yücelik, BTQ Dəmir yolu layihəsinin bölgə üçün çox əhəmiyyətli olduğunu deyib: “Bu layihə yalnız şəhərimiz, bölgəmiz və ölkəmiz üçün deyil, Orta Asiya, Avropa və Uzaq Asiyaya qədər dünya üzərində çox geniş bir coğrafiyanın nəqliyyat və logistika xidmətləri baxımından çox böyük və bir o qədər əhəmiyyətli layihədir”.
Yücelik qeyd edib ki, bu layihə, keçdiyi ərazidəki ölkələri ticari mənada olduğu kimi, ictimai və mədəni mənada da bir-birinə bağlayacaq: “Bölgəmizdə tamamlanmasını gözlədiyimiz əhəmiyyətli nəqliyyat layihələrinin bir- bir həyata keçirilməsi bizləri gələcəklə bağlı ümidləndirir. Eyni zamanda şəhərimizdəki logistika mərkəzi, Qara dəniz limanlarına daha qısa müddətdə çatmağımızı təmin edəcək KOP, Ovit və Zigana tunellərilə sürətli qatarın Ərzincan, Ərzurum və sonra Qarsa çatması, bu bölgəni iqtisadi və mədəni inkişaf sahəsində daha yüksəklərə qaldıracaq”.

Türkiyə 1 milyard dollar qazanacaq
Ərdahan Ticarət və Sənaye Palatası başçısı Çətin Dəmirci Bakı-Tbilisi-Qars dəmir yolunun açılışının Türkiyə Cümhuriyyətinin elanının 94-cü ilində baş tutmasını həm ölkə, həm də bölgə üçün qürurverici olduğunu söyləyib. Bu layihə həm şəhərimizin, həm də ölkəmizin dəyərini bir qat daha da artıracağını deyən Ç.Dəmirci bildirib ki, layihənin ölkəmiz üçün xərci 600 milyon dollar, amma illik qazancı bir milyard dollar təşkil edir. İldə bir milyon sərnişin daşıyacaq. 2 aylıq yolun müddəti 15 gün olacaq. Ağrı Ticarət və Sənaye Palatası başçısı Saim Alpaslan da dəmir yolunu, xüsusilə Şərqi Anadolunun inkişafı baxımından çox ciddi bir layihə olduğunu bildirib: “Layihənin həyata keçməsi bölgəyə çox müsbət hava qatacaq. Qarsda çox ciddi bir logistika meydana gələcək. Layihə başda Qars olmaq üzrə bütün bölgədə iqtisadiyyatın inkişafını canlandıracaq, Ağrıya da çox müsbət təsir göstərəcəyini düşünürəm”.

“Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurası bölgənin gələcəyinə təsir edən mexanizmdir”

Türkiyədə fəaliyyətə başlayan Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim Prezident Rəcəb Tayyib Ərdoğanın Bakı səfərinin əhəmiyyəti ilə bağlı açıqlamasında bir sıra məsələlərə aydınlıq gətirib. O Azərbaycanın etibarlı stratejik ortağı olan qardaş Türkiyə ilə əlaqələrinin xüsusi, çoxtərəfli və dinamik olduğunu, iki ölkə liderlərinin gerçəkləşdirəcəyi ikinci zirvə görüşündə qlobal önəmə malik mövzu və layihələrin müzakirə olunacağını bildirib: “ Ərdoğanın iştirakı ilə açılışı olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti yalnız Azərbaycan və Türkiyə deyil, Pekindən Londona qədər geniş bir çoğrafiyanı qısa bir yol ilə bir-birinə bağlayacaq”. Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının altıncı iclasının da iki ölkə arasındakı bütün məsələlərin müzakirə edilərək gələcək planların tərtib olunması, bölgənin gələcəyinə birbaşa təsir edən bir mexanizm olduğunu deyən X.İbrahim bildirib ki, iqtisadi anlaşmalar Yaxın Şərq və Cənub- Şərqi Avropanın ən böyük iqtisadiyyatı Türkiyə ilə Cənubi Qafqazın lideri olan Azərbaycan arasında ticarəti artırır və nəticədə yeni reallıqlar yaradır: “Dünyanın ən qabaqcıl silahlı qüvvələrindən birinə malik olan Türkiyə ilə bölgənin ən müasir ordusuna malik Azərbaycanın tərtib edəcəyi ikitərəfli planlar Qara dənizdən Xəzər dənizinə qədər olan coğrafiyanın etibarına müsbət təsir göstərəcək”. Həmçinin bildirilib ki, iki ölkədə elm adamlarının mühazirə və tədqiqatları intellektual əlaqələrimizi daha da gücləndirir. Bu məsələlərlə bağlı iclasda da razılaşmaların əldə ediləcəyi nəzərdə tutulur.
Səfir X.İbrahim, həmçinin Azərbaycandan Türkiyəyə mədəniyyət və elm sahəsində yüksək səviyyəli səfərlərin reallaşacağını bildirib. O bu səfərlərin iki qardaş ölkənin bir-birinə necə sıx bağlı olduğunu bir daha sübut etdiyini göstərir: “İclasda qəbul ediləcək qərarlar bir daha Türkiyə və Azərbaycanın "bir millət iki dövlət" olduqlarını sübut edəcək və eləcə də bu qərarlar bölgənin gələcəyinə çox ciddi təsir edəcək”
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”
16.11.2018
Sumqayıtda lift təsərrüfatı yenilənəcək
16.11.2018
Sumqayıtda yolların əsaslı təmirinə 1,5 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info