UNEC-də Xarici Ticarətə Dəstək Mərkəzi fəaliyyətə başlayır
Tarix: 30.10.2017 | Saat: 23:58:00 | E-mail | Çapa göndər


UNEC-də Xarici Ticarətə Dəstək Mərkəzi yaradılıb. Mərkəz ölkədə ixracyönümlü sektorların inkişafı yolu ilə iqtisadi artımı təmin etmək məqsədilə sahibkarları və ixracatçıları dəstəkləyəcək, o cümlədən onlara ixrac üzrə məsləhət verəcək. Dövlət orqanları, elm və təhsil qurumları, korporativ sektorlarla qarşılıqlı fəaliyyət göstərəcək mərkəzdə investisiyalar və ixracat imkanları üzrə məlumat bazası yaradılacaq, ölkə ixracatçılarının məhsuluna uyğun xarici bazarların seçilməsinə və potensial müştərilərlə danışıqların aparılmasına huquqi dəstək göstəriləcək. Sahibkarlar ixrac edəcəkləri ölkələrin idxal prosedurları, gömrük və sertifikatlaşdırma qaydaları barədə məlumatları da mərkəzdən əldə edə biləcəklər. Mərkəz xarici ticarət fəaliyyəti sahəsində araşdırmalar apararaq, sahibkarlara təkliflər verəcək, eyni zamanda onları zəruri iqtisadi və hüquqi bilgilər təmin edəcək. Həmçinin ixrac nəzarəti sahəsində və xarici ticarət fəaliyyətinin tənzimlənməsi haqqında qanunvericilik aktları ilə bağlı təkliflər hazırlanmasında yaxından iştirak edərək, sahibkarlığın inkişafına dəştək olacaq. Qurum ölkədə ixracatçılara yardım göstərmək və qeyri-neft məhsullarının ixracını təşviq etmək məqsədilə onlara beynəlxalq ticarət qaydaları haqqında məlumat verəcək, marketinq dəstəyi göstərəcək və təlimlər təşkil edəcək. Dünya mal və xidmət bazarlarının konyunkturunu, o cümlədən xarici ticarət məsələləri ilə əlaqədar beynəlxalq hesabatları təhlil edərək, fəaliyyət və xarici ticarətin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək, ölkə ixracatçılarını beynəlxalq sərgi və tədbirlər barədə məlumatlandırmaq da Xarici Ticarətə Dəstək Mərkəzinin səlahiyyətlərinə daxildir.
Cavidan




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaponiyanın dəstəyi ilə Balakənin iki kəndində su təchizatı layihəsi həyata keçirilib
24.09.2018
Avropalı qonaqlar Naxçıvan Dövlət Universitetində
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info