“Şahmatla bağlı olan arzularım sonsuzdur”
Tarix: 31.10.2017 | Saat: 00:01:00 | E-mail | Çapa göndər


Hüseyn Şahbazov:
“Şahmatla məşğul olmağımın texniki fənlərə çox köməyi var”

Bu gün, nəinki paytaxtda, həmçinin bölgələrdə də yeniyetmələrimiz öz istedadları ilə seçilirlər. Müsahibimiz Hüseyn Şahbazov da istedadlı yeniyetmə şahmatçı olaraq diqqət çəkir. Dərin düşüncəsi ilə fərqlənən Hüseyn Şahmat üzrə Azərbaycan çempionu olub. Qeyd edək ki, Hüseyn Şahbazov 04.02.2005-ci ildə Gəncədə dünyaya gəlib.
-Siz şahmatla bağlı təhsilinizi harada alırsız?
-Mən şahmatla bağlı təhsilimi Gəncə şəhər Şahmat Məktəbində alıram. Şahmat müəllimim Samir Cavadzadədir.
-Nə vaxtdan şahmatla məşğul olursuz?
-Artıq 6 ildir ki, şahmatla məşğul oluram.
-Valideynlərinizin, bu baxımdan, sizə nə kimi dəstəyi olur?
-Valideynlərimin xeyir-duası mənə bu sahədə dəstək olur və mənim inkişafıma yol açır.
-Sizdə şahmata maraq haradandır?
-1-ci sinif şagirdi olduğum zaman məktəbimizdə şahmatla bağlı maarifləndirmə işləri aparan bir qrup müəllimim vasitəsilə məndə bu sahəyə maraq oyandı. Bu sahəyə marağım güdən-günə artmaqdadır.
-Orta məktəb dərslərində şahmat biliklərinizin hər hansı köməyi olurmu?
-Bəli! Şahmatla məşğul olmağımın texniki fənlərə çox köməyi var.
- Siz hansı tanınmış şahmatçıya oxşamaq istəyirsiz?
-Mən ilk dünya çempionu zirvəsinə ucalmış Vilhem Sdelninc adlı şahmatçıya oxşamaq istəyirəm.
-Şahmatla bağlı gələcək arzularınızı bilmək istərdik?
-Mənim şahmatla bağlı olan arzularım sonsuzdur. Çünki mən də gələcəyimi dünya çempionu zirvəsinə ucalaraq, bu səpkidə tam formalaşmış vəziyyətdə görmək niyyətindəyəm və özümü şahmat müəllimim Samir Cavadzadə kimi görmək və millətimizin şahmata marağı olan şəxslərinə şahmat müəllimi olmaq arzusundayam.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Rüstəm Orucov 1/32 finalda rəqibinə ipponla qalib gəlib
22.09.2018
Yaponiyalı bacı-qardaşın qələbə sevinci
21.09.2018
Messi UEFA Çempionlar Liqasında həftənin futbolçusu seçilib
21.09.2018
Makqreqor Nurmaqomedovu qorxaq adlandırıb
21.09.2018
Azərbaycanda həndbolun inkişafına kömək göstərməyə hazırıq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info