“Ermənistanda ehtiyatda olan zabitlər “bomj” kimi yaşayır”
Tarix: 13.05.2013 | Saat: 23:20:00 | E-mail | Çapa göndər


İrəvanda aksiya keçirən zabitlər sosial təminat sisteminə və təqaüdlərə
yenidən baxılmasını tələb edirlər


Ermənistanda ehtiyatda olan zabitlərin keçirdiyi etiraz aksiyası davam edir. Ehtiyatda olan polkovnik Volodi Avetisyanın Azadlıq meydanında başlatdığı oturaq aksiyaya qoşulan zabitlərin sayı 20-ni keçib. Onların aksiya keçirməkdə məqsədi ehtiyatda olan zabitlərin sosial vəziyyətinin ağırlığıdır.
İmzatoplama kampaniyasına da başlayan zabitlər onların sosial təminat sisteminə və təqaüdlərinə yenidən baxılmasını tələb edirlər. «Tert.am»a açıqlama verən Avetisyan bildirib ki, tələblərinin əks olunduğu və altında imzalar olan müvafiq sənədi hökumətə təqdim edəcəklər. Hökumətin həmin sənədə münasibətindən sonra ehtiyatda olan zabitlər müvafiq addımlar atacaqlar. Ehtiyatda olan başqa bir zabit Rubik İsraelyan öz növbəsində qeyd edib ki, ehtiyatda olan zabitlərin aksiya keçirməsi hökumət üçün ciddi zərbədir. O, qeyd edib ki, problemi həll etmək üçün başqa yollara baş vursalar da müsbət nəticə əldə edə bilməyiblər. Son çıxış yolu kimi aksiya keçirmək qalıb: «Biz döyüşlərdə iştirak etmişik. İndi qəhrəman kimi yaşamaqdansa “bomj” kimi yaşayırıq. Bundan sonra bizim taleyimiz necə olacaq? Bu vəziyyətə düşməyimizdə bizim də günahımız var. Günahımız ondadır ki, bəzi insanların bura gəlməsinə və vəzifə tutmasına imkan vermişik. Artıq bunlardan yorulmuşuq. Biz prezident Sərkisyanla görüşməyə çox cəhd etsək də buna nail ola bilmirik”.
ANAR




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
Ermənistan parlamentindəki deputatarın əksəriyyəti bilik və təcrübəyə malik deyillər
15.01.2019
Ermənistanda “donuz qripi”ndən ölənlərin sayı ikiyə çatıb
15.01.2019
İran Silahlı Qüvvələri Baş Qərargah rəisinin Azərbaycana səfəri gözlənilir
14.01.2019
Kosaçev: “ABŞ situasiyaya iqtisadi sanksiyalar vasitəsilə nəzarət etməyə çalışır”
14.01.2019
“Belə metodlarla Ankaraya təsir etmək mümkün deyil”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info