“Bu layihənin reallaşması Azərbaycan, Gürcüstan və Türkiyənin birgə qələbəsidir”
Tarix: 31.10.2017 | Saat: 00:10:00 | E-mail | Çapa göndər


“Bakı-Tbilisi-Qars dünya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin genişlənməsində mühüm rol oynayacaq”
“Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı böyük tarixi hadisədir. Bu layihənin reallaşması Azərbaycan, Gürcüstan və Türkiyənin birgə qələbəsidir”. Bu sözləri Gürcüstan Baş nazirinin sabiq müavini və sabiq energetika naziri, Tbilisi şəhərinin yeni seçilmiş meri Kaxa Kaladze jurnalistlərə müsahibəsində söyləyib. O deyib ki, bu gün regionumuzda Azərbaycan, Gürcüstan və Türkiyənin birgə iştirakı ilə bir sıra dünya miqyaslı çox mühüm layihələr həyata keçirilir: “Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri artıq regionun inkişafında və Avropanın enerji təminatında mühüm rol oynayır. Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsi də bizim birgə qələbəmizdir və bu böyük tarixi hadisədir. İnanıram ki, Bakı-Tbilisi-Qars dəmir yolu regionda sülhün bərqərar olunmasında, iqtisadi, siyasi inkişafımizda, eləcə də dünya ölkələri arasında iqtisadi-ticarət əlaqələrinin, mədəni münasibətlərin genişlənməsində mühüm rol oynayacaq”. Kaxa Kaladze daha sonra deyib: “Biz region xalqları üçün faydalı olacaq daha böyük layihələr həyata keçirəcəyik. Onlardan bəzilərinin inşası da artıq başa çatmaq üzrədir. Bütün bunlar bizə daha sürətli inkişaf, sülh, əmin-amanlıq və parlaq gələcək bəxş edəcək”.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır
14.11.2018
Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
13.11.2018
“Ölkəmizdə elə bir sahə yoxdur ki, orada qadınlar təmsil olunmasınlar”
13.11.2018
Marko Alvera: TAP-ın inşası 2020-ci ildə başa çatacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info