Avronest PA-nın iclasında çağırış: “Beynəlxalq təşkilatlar münaqişənin həllində daha fəal olmalıdır”
Tarix: 31.10.2017 | Saat: 00:22:00 | E-mail | Çapa göndər


“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionda sülhün və sabitliyin təmin olunmasına maneə törədir. Beynəlxalq təşkilatlar, o cümlədən Avropa İttifaqı münaqişənin ədalətli, beynəlxalq hüquq çərçivəsində həllində daha fəal olmalıdır”. Bu fikri Ukraynanın paytaxtı Kiyev şəhərində Avronest Parlament Assambleyasının siyasi məsələlər, insan hüquqları və demokratiya üzrə komitəsinin iclasında çıxışı zamanı Azərbaycan nümayəndə heyətinin rəhbəri Fuad Muradov deyib. F.Muradov bildirib ki, beynəlxalq birlik Ermənistanın işğalçılıq siyasətinə qarşı təzyiqi artırmalıdır. Münaqişənin sülh yolu ilə həllində irəliləyiş olan kimi Ermənistan hakimiyyəti təxribatlara əl atır. Bu isə münaqişənin sülh yolu ilə həllinə mənfi təsir edir. Fuad Muradov deyib ki, Azərbaycanda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılış mərasimi keçirilib. Bakı-Tbilisi-Qars dəmir yolu Mərkəzi Asiya ölkələrinin Avropaya, habelə dünya bazarlarına çıxışını asanlaşdıracaq. F.Muradov qeyd edib ki, bu layihə iqtisadi üstünlükləri ilə yanaşı, siyasi baxımdan da sülh, təhlükəsizlik, sabitlik və sosial rifahı yaxşılaşdıracaq. Bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun işə düşməsi region ölkələrinin qlobal müstəvidə inkişafına töhfə verəcək. Deputat Rövşən Rzayev çıxışında Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tapa biləcəyini vurğulayıb. Qeyd edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixi torpağıdır və dünya birliyi beynəlxalq hüquq çərçivəsində münaqişənin həllinə nail olmalıdır. Azərbaycan nümayəndə heyətinin üzvü Fərəc Quliyev çıxış edərək Avronest PA-nı Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistan silahlı qüvvələrinin çıxarılması üçün Ermənistana təzyiqləri artırmağa çağırıb.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Nazirlər Kabinetinin rəsmi internet saytı yeni tərtibatda fəaliyyətə başlayıb
18.09.2018
Müdafiə naziri yüksək dağ zirvələrində yerləşən bölmələrin döyüşə hazırlığını yoxlayıb
18.09.2018
Paşinyanın oğlunun hərbi xidmət piarından yararlanmaq cəhdi nə vəd edir...
18.09.2018
Çində Azərbaycan haqqında daha çox informasiya veriləcək
17.09.2018
Azərbaycanlılar Avropada yeni media orqanı təsis ediblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info