“İdeyadan biznesə doğru” müsabiqəsinə yekun vurulub
Tarix: 31.10.2017 | Saat: 00:24:00 | E-mail | Çapa göndər


İndiyədək 5500-dək gənc sahibkara 398.5 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 17 mindən çox yeni iş yerləri yaradılıb
Yevlaxda Aran Regional İnkişaf Mərkəzində İqtisadiyyat Nazirliyinin biznes inkubator iştirakçıları arasında elan etdiyi “İdeyadan biznesə doğru” müsabiqəsinin yekunlarına dair tədbir keçirilib. Tədbirdə İqtisadiyyat Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Prezident yanında Gənclər Fondunun, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Yevlax Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının nümayəndələri, biznes inkubator iştirakçıları və Yevlax şəhərində fəaliyyət göstərən gənc sahibkarlar və menecerlər iştirak edib. Tədbirdə çıxış edən İqtisadiyyat nazirinin müavini Sahib Məmmədov Prezident tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi siyasət nəticəsində ölkədə davamlı və dayanıqlı iqtisadi inkişafın təmin edildiyini, əlverişli biznes və investisiya mühitinin yaradıldığını, sahibkarlıq fəaliyyətinin daha da genişləndiyini vurğulayıb. Nazir müavini qeyd edilib ki, biznes inkubatorlar gənclərin sahibkarlıq fəaliyyətinə cəlb edilməsində əsas mexanizmlərdəndir. “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında və digər sənədlərdə ölkədə biznes inkubatorların yaradılması və inkişaf etdirilməsi öz əksini tapıb. İqtisadiyyat Nazirliyi tərəfindən Quba-Xaçmaz və Aran Regional İnkişaf Mərkəzlərində yaradılmış biznes inkubatorların fəaliyyəti gənclərin innovativ potensialının və təşəbbüskarlığının dəstəklənməsinə, məşğulluğun artırılmasına, eləcə də iqtisadi rayonun inkişafına öz töhfəsini verir. Bildirilib ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun 20 məzunundan 14-ü artıq kənd təsərrüfatı (bitkiçilik, heyvandarlıq, quşçuluq, arıçılıq), kənd turizmi, innovasiya mərkəzinin yaradılması, konsultativ biznes və s. sahələr üzrə öz bizneslərini yaratmış və hazırda gənc sahibkar kimi fəaliyyət göstərirlər. Biznes inkubatorların digər iştirakçıları da öz bizneslərinin təşkili üzərində çalışırlar.
“Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndə qadınlar üçün biznes inkubatorların yaradılması barədə müəyyən edilmiş istiqamətə uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq işlərin görüldüyü bildirilib. Qeyd olunub ki, Quba-Xaçmaz Regional İnkişaf Mərkəzində yaradılmış biznes inkubatorun 2 qadın iştirakçısı xalq sənəti məhsulları istehsalının təşkili üzrə fəaliyyət göstərir. Xalçaçılıq üzrə təşkil edilmiş Tədris Mərkəzinə artıq region üzrə xalçaçılıq sənətini öyrənmək istəyən 12 qadın cəlb olunub. Biznes inkubatorda xalq sənəti olan xalçaçılığın sirlərinin dərindən öyrənilməsi üçün hər cür şərait yaradılıb, tədris üçün zəruri avadanlıqlarla təchiz olunmuş işçi sahəsi ayrılıb. Hazırda Tədris Mərkəzinin dinləyiciləri xalçaçılıq sənətinin sirlərini öyrənməklə yanaşı, xalçaçılıq məhsullarının istehsalı ilə də məşğul olurlar. Biznes inkubatorun digər rezidenti - gənc əlil qadın isə dekorativ sənət və rəssamlıq məhsullarının istehsalı üzrə fəaliyyət göstərir. İstehsal olunmuş dekorativ sənət və rəssamlıq məhsullarının artıq satışa çıxarılması nəzərdə tutulur. Regional inkişaf mərkəzlərində qadınlar üçün biznes inkubatorların yaradıldığını vurğulayan Sahib Məmmədov təşəbbüskar qadınları biznes inkubatorlarda fəal iştiraka dəvət edib. Qeyd olunub ki, sahibkarlıq fəaliyyəti ilə gənclərə güzəştli maliyyə göstərilir. İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən indiyədək 5500-dək gənc sahibkara 398.5 milyon manat güzəştli kredit verilib, bu kreditlər hesabına 17 mindən çox yeni iş yerləri yaradılıb. “İdeyadan biznesə doğru” müsabiqənin keçirilməsində də məqsəd biznes inkubator iştirakçılarının sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, yeni biznes və məşğulluq imkanlarının yaradılması, gənc sahibkarlara göstərilən dövlət dəstəyinin gücləndirilməsi, daha perspektivli və innovativ biznes ideyaların müəyyən edilməsi və onların həyata keçirilməsinin stimullaşdırılmasıdır. İqtisadiyyat Nazirliyinin, “ASAN Xidmət”in, Gənclər Fondunun, Azərbaycan Sahibkar Qadınlar Assosiasiyasının nümayəndələri və digər iştirakçılar çıxışlarında gənclərin hərtərəfli diqqət və qayğı ilə əhatə olunduğunu, gənclərin yaradıcılıq və məşğulluq təşəbbüslərinin daha da genişləndiyini bildiriblər. Sonra “İdeyadan biznesə doğru” müsabiqəsinin qalibləri elan olunub, onlara mükafatlar təqdim edilib. Bundan başqa, biznes inkubatorun 21 iştirakçısı təlimlərdə fəal iştiraka görə sertifikatlara layiq görülüblər.
Anar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib
18.09.2018
Rektor: “İnstitutumuzda dövlətin qayğı və təminatı ilə hər cür şərait yaradılıb”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info