Malayziya Şimali Koreya ilə diplomatik əlaqələri kəsə bilər
Tarix: 31.10.2017 | Saat: 00:25:00 | E-mail | Çapa göndər


Malayziyanın Baş naziri Nəcib Rəzzakın sözlərinə görə, ölkəsi Şimali Koreya ilə diplomatik əlaqələri kəsmək variantlarını nəzərdən keçirir. TASS xəbər verir ki, Malayziya bu yaxınlaradək Pxenyanla siyasi-iqtisadi münasibətlər saxlayan azsaylı dövlətlərdən biri idi. Lakin Baş nazirin ABŞ-a səfəri zamanı Prezident Donald Trampla görüşündən, həmçinin KXDR liderinin qardaşı Kim Çen Namın Kuala-Lumpur aeroportunda zəhərlənərək öldürülməsindən və insidentlə bağlı təhqiqatdan sonra iki ölkə arasında münasibətlər soyuyub. “Mən demişəm ki, Malayziya Şimali Koreya tərəfindən gələn təhlükə ilə bağlı BMT-nin bütün qətnamələrini yerinə yetirmək üçün lazımi addımları atacaq və KXDR-in Malayziyadakı diplomatik kadrları ixtisar olunacaq. Həmçinin Şimali Koreya ilə bütün əlaqələrin, o cümlədən siyasi və iqtisadi münasibətlərin kəsilməsi məsələsini bir daha nəzərdən keçirəcəyik. Malayziya Pxenyandakı səfirliyini bağlayaraq onu Pekinə köçürmək barədə düşünür”, - deyə Baş nazir parlamentdə çıxışı zamanı bildirib. Siyasətçinin sözlərinə görə, Malayziya Kim Çen Namın öldürülməsindən sonra KXDR ilə vizasız rejim sazişini ləğv edib, habelə Koreya yarımadasında vəziyyətin gərginləşməsi ilə əlaqədar ölkə vətəndaşlarına Şimali Koreyaya səfər etmələrinə qadağa qoyub. KXDR son aylar bir sıra raket və sayca altıncı nüvə (hidrogen döyüş başlığı) sınağı həyata keçirib. BMT-nin Təhlükəsizlik Şurası avqust ayında bu ölkəyə qarşı sanksiyaları iki dəfə sərtləşdirib.




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10468

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info