Ağdamda məcburi köçkünlər yeni mənzillərə köçürülür
Tarix: 31.10.2017 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Ağdam rayonunda qəzalı vəziyyətdə olan müxtəlif sosial təyinatlı binalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələr üçün fərdi yaşayış evlərinin inşası başa çatdırılıb. Tikinti işləri Prezident İlham Əliyevin Ağdam rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında 2016-cı il 7 dekabr tarixli Sərəncamına əsasən aparılıb. Ağdam Rayon İcra Hakimiyyətindən bildiriblər ki, rayonun Quzanlı qəsəbəsində, Əfətli, Qaradağlı, Sarıcalı, Mirəşelli və Xındırıstan kəndlərində tikilən 20 evin 2-si iki, 17-si üç, 1-i isə dördotaqlıdır. Artıq 12 məcburi köçkün ailəsi yeni mənzilə köçüb. Digər 8 ailə isə yaxın günlərdə yeni mənzillərə köçürüləcəklər. Məcburi köçkünlər yeni mənzillərin inşa edilməsini Prezident İlham Əliyevin onlara olan diqqət və qayğısının bariz nümunəsi kimi qiymətləndirirlər. Ağdam rayonunun Xıdırlı kənd sakini Nəbi İsgəndərov AZƏRTAC-a müsahibəsində deyib: “Kəndimiz işğal olunandan sonra Bərdə, Ağcabədi və Ağdam rayonlarında məskunlaşmışıq. Son 10 ildir ki, Ağdam rayonunun Paşabəyli kəndində kolxoz binasında yaşayırdıq. Şəraitimiz yaxşı deyildi. İndi isə bizim üçün inşa edilən üçotaqlı mənzilə köçmüşük. Bizə yaradılan bu şəraitə görə, mənzillə təmin olunan köçkünlər adından Prezidentimizə minnətdarlığımı bildirirəm”.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info