“İstənilən sferada hərəkətin əsas hissəsi gənclərin payına düşür”
Tarix: 13.05.2013 | Saat: 23:26:00 | E-mail | Çapa göndər


Nicat İlyasov:“Azərbaycan diasporu dünyanın bir çox ölkələrində, eləcə də Rusiya Federasiyasında xeyli güclənib”

Bu gün ölkədaxilində olduğu kimi xaricdəki azərbaycanlı gənclər də öz aktivliyi ilə seçilirlər. Belə gənclərdən biri də Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) ən fəal üzvlərindən biri olan və hazırda Rusiyada yaşayan Nicat İlyasovdur.
Öncə qeyd edək ki, N.İlyasov Bakı və Gəncə Dövlət universitetlərini bitirib. Azərbaycan tarixi ixtisası üzrə magistr dərəcəsi var. İctimai fəaliyyətə ilk dəfə 2000-ci ildən başlayıb. O vaxtlar Gənc Demokratlar təşkilatında İdarə heyətinin üzvü və təşkilati məsələlər üzrə sədr müavini vəzifəsində çalışıb. 2003-cü ildə isə DANİB-in idarə heyətinin üzvü seçilib. O zamandan özünü DANİB ailəsinin bir üzvü sayır. 2012-ci ildən Moskva vilayətinin Naro-Fominsk şəhərində yaşayır.
N.İlyasov bizimlə söhbətində dedi ki, Rusiya Federasiyasına bir subyekt kimi birmənalı baxmaq heç də istənilən səmərəni verə bilməz: “Yüz illərin dövlətçilik ənənəsinə malik bu çoxmillətli ölkədə perspektivli fəaliyyət üçün gərək hərtərəfli iş qurulsun. Çox sevindirici haldır ki, özəlliklə də son illərdə Azərbaycan diasporu dünyanın bir çox ölkələrində, eləcə də Rusiya Federasiyasında xeyli güclənib. Onlarla təşkilat və ictimai qurum bu sahədə güclərini tam şəkildə ortaya qoymaqda davam edir. Digər dövlətlərdə olduğu kimi, burada da məskən salmış müxtəlif sahələrdə çalışan azərbaycanlı iş adamları, ziyalılar, gənclər, tələbələr öz əməli fəaliyyətləri ilə diasporumuza və dövlətçiliyimizin güclənməsinə, onun imicinin möhkəmlənməsinə öz töhfələrini verirlər. Bu bizim uğurumuzdur”.
O, diqqətdən kənarda qalan problemlərdən də danışdı: “Təəssüflə qeyd etmək istərdim ki, Rusiyada gənclərlə bağlı fəaliyyət Avropa və digər ölkələrlə müqayisədə fərqlidir. Daha doğrusu, mövcud potensialdan qat-qat aşağı səviyyədədir. İstənilən sferada hərəkətin əsas hissəsi gənclərin payına düşür, o cümlədən də diaspor fəaliyyətində. Rusiya Federasiyasında yaşayan həmvətənlilərimizin böyük bir hissəsi Azərbaycanın müxtəlif bölgələrindən buraya qazanc dalınca gələn ali təhsilsiz gənclərdir. O gənclər ki, yalnız pul qazanıb ailəsinə göndərmək məqsədi ilə bura gəliblər. Zaman-zaman soydaşlarımızın müəyyən hissəsi Rusiya vətəndaşlığı alıb, daimi sakinə çevriliblər. Hərdən öz-özümə də sual verirəm ki, görəsən, Azərbaycanda elə bir şəxs varmı ki, desin ki, mənim ailəm, qohumlarım, tanışlarım içərisindən kimsə Rusiyada olmasın və ya yaşamasın. Sonuncu dəfə Bakıda olduğum zaman DANİB sədri Elməddin Behbud və digər dostlarımızla bu barədə ətraflı müzakirələr apardıq. Son nəticədə belə bir qərara gəldik ki, DANİB olaraq Rusiyadakı fəaliyyətimizin əsas hissəsini bu istiqamətə yönəldək. Mən tez-tez Moskva şəhərində oluram, özüm isə Moskva vilayətində Naro-Fominsk şəhərində yaşayıram”.
N.İlyasov bildirdi ki, çalışdığı qədər burdakı diqqətdən kənar qalmış, heç bir ictimai fəaliyyətlə məşğul olmayan sadə həmvətənlərimizlə, tələbələrlə, gənclərlə görüşlər keçirir, onlarla Azərbaycan və azərbaycançılıq, türkçülük haqqında müzakirələr aparırlar: “Harada yaşamasından, hansı ölkənin vətəndaşı olmasından, hansı sferada fəaliyyət gostərməsindən, maddi durumunun, sosial həyat şəraitinin hansı səviyyədə olmasından asılı olmayaraq, hər bir soydaşımızı, həmvətənimizi milli hədəflərə çatmaq üçün mübarizənin perspektivli yollarını tapmaqda bir-birimizə kömək olmağa səsləyirik. Mən 2003-cü ildən DANİB-lə paralel surətdə Dünya Azərbaycanlıları Konqresində də fəaliyyət göstərmişəm. 2005-ci ildə DAK-ın Azərbaycan üzrə Gənclər sırasının sədri seçilmişəm. Lakin bəzi səbəblərdən dolayı 2007-ci ildə tutduğum vəzifədən istefa vermişəm. Amma bütün bunlara baxmayaraq, həm DAK-da çalışan şəxslər, ziyalılar, həm də Azərbaycanda və dünyada fəaliyyət göstərən bir sıra ictimai təşkilat və siyasi partiyalar ilə dostluq, əməkdaşlıq münasibətimiz var”.
O, yaxın gələcəkdə Rusiyada, Moskvada fəaliyyət göstərən bəzi vətənpərvər ziyalılarımızla, diaspor fəalları ilə görüşləri olacağını dedi: “İnşallah, nəzərdə olan planlarımızı həyata keçirməyə çalışacağıq. Qarşımıza qoyduğumuz məqsədlərdən ən önəmlilərindən biri DANİB-in özəklərindən birini də Moskvada qurmaq, bu özəklərin coğrafiyasını böyütmək, sıralarını artırmaqdır. Mən çox istəyirəm ki, Dərbəndə səfər edək, amma hələki bu səfər bəzi obyektiv səbəblərdən baş tutmur. Daha sonrakı səfərimiz, inşallah, Təbrizədir. Orada dostlarımız var. Təbrizli gənclərlə söhbət edərkən sözün əsl mənasında həzz alırsan, qəlbin fərəh hissiylə dolub- daşır.
Fuad HÜSEYNZADƏ




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10486

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info