“Cinayət məsuliyyətinin aradan qaldırılması, hüquqi mübarizənin dayandırılması anlamına gəlməməlidir”
Tarix: 31.10.2017 | Saat: 15:12:00 | E-mail | Çapa göndər


Cinayət Məcəlləsinə ediləcək dəyişikliklərlə bağlı hüquq üzrə fəlsəfə doktoru, ekspert Səbuhi Əliyev öz münasibətini açıqlayıb. Onun sözlərinə görə, daim dəyişən, inkişaf edən, yeni münasibətləri formalaşdıran, lakin bu inkişafı ilə paralel hüquqazid əməllərin yarandığı cəmiyyətdə, münasibətlərin tənzimlənməsi, bu sahədə ümumi vəziyyətin təhlil olunması və lazımi iqtisadi-hüquqi tədbirlərin görülməsi olduqca vacibdir.
“Bildiyimiz kimi, Cinayət Məcəlləsinə, cəza sisteminin və ayrı-ayrı cinayət tərkiblərinin yaranmasının yenidən formalaşdırılmasını özündə ehtiva edən xeyli sayda dəyişikliklərin edilməsi təklif olunub və hazırda qanunverici orqan olan Milli Məclis bu təklifləri müzakirə edir. Qeyd olunan təkliflərin qəbul ediləcəyi təqdirdə Cinayət Məcəlləsinə kompleks dəyişikliklər edilmiş olacaq ki, bu dəyişikliklər içərisində yeni cəza növü olan azadlığın məhdudlaşdırılması əsas cəza növü kimi yenidən müəyyən ediləcək. Bundan əlavə, iqtisadi sahədə olan bəzi cinayətlər üzrə (məsələn, oğurluq, dələduzluq, soyğunçuluq, quldurluq və s.) yeni ağırlaşdırıcı hal kimi əməlin “xüsusilə külli miqdarda ziyan vurmaqla” törədilməsi ayrıca cinayət tərkibi olaraq müəyyən ediləcək.
Eyni zamanda bu dəyişikliklərlə, ümumiyyətlə əməlin cinayət olmasını şərtləndirən maddi ziyanın vurulması həddində də dəyişikliklər nəzərdə tutulur. Məsələn, mövcud qanunvericiliyə görə, ağırlaşdırıcı hal olmadan, sadə tərkibdə oğurluq, dələduzluq, mənimsəmə və ya israf etmə əməlləri üzrə cinayət məsuliyyəti əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı, lakin üç min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Təklif olunan dəyişikliyə görə isə, eyni əməllər üzrə məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranacaq. Məlumdur ki, bu dəyişikliklərin edilməsi ilə bağlı hüquqşünas alimlər tərəfindən müxtəlif fikirlər irəli sürülür. Məsələn, hörmətli professor İlham Rəhimov, cinayətkarlara münasibətin hazırkı durumda liberallaşdırılmasının tez olduğunu bildirmişdi. Həqiqətən də, dəyişikliklərin əsas hissəsini təşkil edən iqtisadi sahədə cinayətlərin dinamikasında artmanın olmasını nəzərə alsaq, belə əməllərlə cinayət hüquqi deyil, inzibati və digər qaydada mübarizənin aparılmasının effektiv olacağına tam əmin ola bilmirik. Ümumi mənzərə bundan ibarətdir ki, bu dəyişikliklərlə cinayət-hüquq siyasətində humanist addımların atılması nəzərdə tutulub. Məqsəd iqtisadi sahədə törədilən bəzi əməllərə görə cinayətlərin dekriminallaşdırılması, məsuliyyət müəyyən edilmiş tərkiblər üzrə isə azadlıqdan məhrumetmə cəzasının tətbiq olunmasını ən son vasitə kimi müəyyən edilməsidir. Bilirsiniz ki, Prezidentin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10.02.2017-ci il tarixli Sərəncamında da xüsusilə iqtisadi fəaliyyət sahəsində olan cinayətlərə görə məhkumetmənin artmasını və bu sahədə dekriminallaşdırmanın aparılmasının labüd olduğu, ümumilikdə cəza siyasətində humanistləşdirmə islahatının aparılması istiqamətində tədbirlər görülməsinin vacibliyi vurğulanıb”.
Ekspert hesab edir ki, bu sahədə humanist addımların atılması özlüyündə hüquq-mühafizə orqanlarının üzərinə əlavə məsuliyyət müəyyənləşdirməlidir. Belə ki, bu orqanlar tərəfindən qanunvericiliklə dekriminallaşdırılan əməllər yenidən təhlil olunmalı, onlarla mübarizənin yeni və effektiv metodları müəyyən edilməlidir. Belə əməllərə görə bəzi hallarda cinayət məsuliyyətinin aradan qaldırılması, onlarla mübarizənin dayandırılması anlamına gəlməməlidir: “Çünki, bir daha qeyd edirəm ki, xüsusilə iqtisadi sahədə törədilən cinayətlərin dinamikasında artım müşahidə edilir və iqtisadi proseslər dərinləşdikcə bu sahədə yeni metodlarla cinayətlərin törədilməsinə rast gəlinir”.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar
19.11.2018
Noyabrın 22-i Azərbaycan ədliyyəsinin yaranmasının 100 illiyidir
19.11.2018
Sərhədçilər Vətənə sədaqət andı içiblər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info