Çinin milli xəbər agentliyi Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətindən yazıb
Tarix: 31.10.2017 | Saat: 15:04:00 | E-mail | Çapa göndər


Bakı-Tbilisi-Qars (BTQ) layihəsi Azərbaycan, Türkiyə və Gürcüstanın dəmir yolu şəbəkəsini birləşdirməklə, Asiya və Avropanı Qafqaz regionu vasitəsilə əlaqələndirir.
Bu fikirlər Çinin milli xəbər agentliyi Sinxuanın Bakı-Tbilisi-Qars dəmir yolunun açılış mərasimi barədə yaydığı “Azərbaycan, Türkiyə və Gürcüstan yeni inşa edilən Asiya-Avropa dəmir yolunu istifadəyə verir” adlı xəbərdə qeyd olunur.
Bildirilir ki, dəmir yolu xətti Asiya ilə Avropa arasında yük və sərnişin daşınmasında dəhliz açır.
Sinxua dövlətimizin başçısı İlham Əliyevin BTQ-nin açılış mərasimində dediyi “Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir” fikrini qeyd edərək yazır ki, Azərbaycan Prezidenti bu yolun sabitliyə və təhlükəsizliyə xidmət göstərəcəyini bildirib.
Xəbərdə qeyd olunur ki, bu layihə Çin və Avropa arasında yeni İpək Yolu ticarət və nəqliyyat şəbəkəsinin vacib hissəsi olmaq üçün hazırlanıb.
Yazıda Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Bakıda keçirilmiş açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Gürcüstanın Baş naziri Giorgi Kvirikaşvilinin, Qazaxıstanın Baş naziri Bakıtjan Saqintayevin, Özbəkistanın Baş naziri Abdulla Aripovun iştirak etdikləri bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır
24.09.2018
Yerevan meri postuna seçkilərdə xeyli qanun pozuntusu və insident qeydə alınıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info