“Bakcell” növbəti dəfə sertifikata layiq görülüb
Tarix: 31.10.2017 | Saat: 16:41:00 | E-mail | Çapa göndər


Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti “Facebook” sosial şəbəkəsində abunəçilərin suallarının cavablandırma səviyyəsinə görə 2017-ci ildə ikinci dəfə “Socially Devoted” sertifikatına layiq görülüb.
Şirkətdən AZƏRTAC-a bildirilib ki, bu ilin ikinci və üçüncü rübündə “Bakcell” özünün “Facebook” səhifəsində abunəçilərin sorğularının cavablandırılması üzrə ən yüksək göstəricini (100 faiz) əldə edib.
Sosial şəbəkələrdə təmsil olunmaq nəinki təqdim olunan kontentin keyfiyyətinə, həm də öz abunəçilərinin və səhifənin digər istifadəçilərinin sualları və rəylərinin vaxtında və operativ şəkildə cavablandırılmasına görə brendlərin üzərinə böyük məsuliyyət qoyur. İstifadəçilərin suallarına və rəylərinə verilən cavabların yüksək əmsalı (“Response Rate”) istənilən səhifə üçün müştərilərə göstərilən onlayn xidmətlərin mühüm effektivlik göstəricisidir.
“Bakcell” “Response Rate” üzrə yüksək göstəricilərinə görə dəfələrlə “Socially Devoted” sertifikatına layiq görülüb və şirkət öz göstəricilərini hər dəfə daha da yüksəldərək, son illər 100 faizlik həddə çatmağa nail olub.
Sosial media vasitələri məhsul və xidmətlər haqqında məlumatların geniş abunəçi bazasına daha yaxşı çatdırılması və abunəçilərin suallarının cavablandırılması baxımından “Bakcell”in vacib kommunikasiya vasitələrindən biridir. Şirkətin bir çox sosial şəbəkədə rəsmi səhifəsi fəaliyyət göstərir.
Nigar




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Daha 4 vərəsəyə sığorta ödənişi aldıqlarına dair sənədlər təqdim edilib
07.11.2018
Şamaxıda Qaravəlli kənd məktəbi əsaslı təmirdən sonra istifadəyə verilib
07.11.2018
Vərəsələrə verilmiş sığorta ödənişi ilə bağlı təsdiqedici sənədlər ictimaiyyətə təqdim olunub
07.11.2018
Tələbələrə adlı təqaüd təqdim edilib
07.11.2018
“Sağlam məktəbli” layihəsi davam edir

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info