Şahbuzda antik dövrə aid maddi-mədəniyyət qalıqları aşkarlanıb
Tarix: 31.10.2017 | Saat: 16:43:00 | E-mail | Çapa göndər


Muxtar respublikanın Şahbuz rayonunun Ayrınc və Qızıl Qışlaq kəndləri arasında, Küküçayın sol sahilində antik dövrə aid maddi-mədəniyyət qalıqları aşkarlanıb. Qalıqların aşkarlandığı qədim yaşayış yeri “Qaraqaya” adlanır.
AZƏRTAC xəbər verir ki, yaşayış yerinin şimal-cənub istiqamətində mövcud olan terrasların ətəyində antik dövrə aid keramika parçaları mövcuddur. Buradakı keramikalar qaba qum qarışığından bişirilib, bəziləri az cilalanıb. Yaşayış yerinin orta hissəsində olan kiçik təpə tirəsinin üzərində antik dövrə aid böyük keramika qırıqları üstünlük təşkil edir. Buradakı keramika, əsasən, kirəmit parçalarıdır. Kirəmitin üstünlük təşkil etməsi yaşayış yerinin mədəni cəhətdən inkişaf etmiş bir məskunlaşma mərkəzi olduğunu göstərir.
Abidənin şimal hissəsindəki iki təpənin birinin üzərində 24 kvadratmetr ölçülü, dördkünc formalı binanın qalıqları mövcuddur. Bina dağ daşlarından inşa edilib. Ətrafda maddi-mədəniyyət nümunələri olmadığı üçün dövrünü təyin etmək mümkün deyil.
Kiçik bir keçidlə birləşən ikinci təpə abidənin ən maraqlı hissəsidir. Şiş zirvəli bu təpənin yamacı çox dik, qumlu-çınqıllı olub bitki örtüyü yox dərəcəsindədir. Təpənin yamacında müxtəlif kasa, çanaq, çölmək kimi qabların qırıqları səpələnib. Təpənin yuyulmağa meyilli olmasına baxmayaraq, maddi-mədəniyyət qalıqlarının ən zəngin olduğu ərazidir. Keramikalar, əsasən, boz-qonur, çəhrayı rəngdə olub, narın qum qarışığından bişirilib, yaxşı cilalanıbdır.
Qeyd edək ki, bu il aşkarlanan “Sələsüz”, “Dərəşahbuz” abidələrindən sonra bu, üçüncü qədim abidədir.




 
Bölməyə aid digər xəbərlər
22.05.2019
27 dərəcə isti olacaq
22.05.2019
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Balakəndə
21.05.2019
Normadan artıq şəkər istehlakı orqanizm üçün zərərlidir
21.05.2019
Masallı Tarix-Diyarşünaslıq Muzeyində Beynəlxalq Muzeylər Günü
21.05.2019
“Sağlam Qida” Könüllülərinin 1-ci Respublika Forumuna qeydiyyat başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10784

1 “İş yerlərində təhlükəsiz əmək şəraiti yaratmaq lazımdır”
2 General-mayor Tərlan bəy Əliyarbəyovun nəvəsi: “Babam öz istedadını milli hərbi kadrların yetişməsinə sərf edib”
3 Üç müharibə iştirakçısı olan general-mayor
4 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
5 Şuranın dəstəyilə 13 saylı orta məktəbdə “Diaspor dərsi” keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info