58 insan alveri qurbanına, 23 nəfər potensial insan alveri qurbanına yardım göstərilib
Tarix: 31.10.2017 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İnsan Alveri Qurbanlarına Yardım Mərkəzi tərəfindən cari ildə Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən yönləndirilmiş 58 nəfər insan alveri qurbanına və qeyri-hökumət təşkilatları tərəfindən yönləndirilmiş 23 nəfər potensial insan alveri qurbanına müxtəlif növ yardımlar göstərilib.
İnsan alveri qurbanlarından və potensial insan alveri qurbanlarından (insan alveri təhlükəsi ilə üzləşmək riski olan şəxslərdən) ibarət ümumilikdə 81 nəfər şəxsdən əksəriyyəti ehtiyaclarına uyğun olaraq eyni vaxtda bir neçə növdə yardımla təmin ediliblər. Ümumilikdə Mərkəz tərəfindən 16 nəfər şəxsin Nazirlik yanında Dövlət Məşğulluq Xidməti tərəfindən münasib iş yeri ilə təmin edilməsinə, 6 nəfər şəxsin əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb olunmalarına köməklik göstərilib. 43 nəfər şəxsə hüquqi, 34 nəfər şəxsə tibbi, 43 nəfər şəxsə isə psixoloji yardımların göstərilməsi təmin olunub. Bu il həmçinin Mərkəz insan alveri qurbanlarından 12 nəfərin ehtiyacları nəzərə alınmaqla sığınacaqla təminatını həyata keçirib. Görülən işlər nəticəsində qeyd olunan insanların əksər hissəsinin sosial reabilitasiyasına nail olunub, qalan şəxslərlə işlər hazırda davam etdirilir. 
İnsan alveri ilə bağlı ictimai məlumatlılığın artırılması da diqqətdə saxlanılır. Prezidentin 2014-cü il 24 iyul tarixli 667 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, cari ilin ötən dövründə Biləsuvar, Masallı, Cəbrayıl, Astara, Siyəzən, Şabran, Qusar, Oğuz, Qax, Zaqatala, Balakən və s. rayonlarda daha çox gənclərin iştirakı ilə maarifləndirmə tədbirləri təşkil olunub. Tədbirlərdə iştirakçılar insan alveri anlayışı, onun növləri, insanların hansı hallarda insan alveri qurbanına çevrildiyi, habelə insan alveri ilə mübarizə formaları və s. barədə interaktiv şəkildə məlumatlandırılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sağlamlıq imkanları məhdud gənc yazar Azərbaycan Gənclərinin VIII Forumunda çıxış edib
21.11.2018
“ASAN Məktub” layihəsinin üç yaşı qeyd olunub
21.11.2018
Oğuzun Muxas kəndinə təbii qaz verilib
21.11.2018
PAŞA Bank sərfəli şərtlərlə ipoteka krediti təklif edir
21.11.2018
Azərbaycanda qızları olan ailələrlə bağlı yeni təkliflər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info