Xorxe Karlos Ramires Marin: “Deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri araşdırılacaq”
Tarix: 31.10.2017 | Saat: 17:35:00 | E-mail | Çapa göndər


Meksikalı deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfəri araşdırılacaq.Azərbaycanın Meksikadakı səfirliyindən verilən məlumata görə, bunu Meksika Deputatlar Palatasının sədri Xorxe Karlos Ramires Marin Azərbaycanın Meksika Birləşmiş Ştatlarında müvəqqəti işlər vəkili Məmməd Talıbovla görüşü zamanı deyib.Məlumatda qeyd olunur ki, o, görüşdə Meksikanın Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsində maraqlı olduğunu vurğulayıb.R.Marin bir neçə gün əvvəl müxalif MORENA və PRD siyasi partiyalarını təmsil edən üç meksikalı deputatın Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərinə toxunaraq, bu faktdan hədsiz dərəcədə təəssüfləndiyini qeyd edərək, həmin millət vəkillərinin hərəkətinin nə Meksika Deputatlar Palatası nə də həmin deputatlar aid olduqları siyasi partiyaların Konqresdəki qrupunun mövqeyini deyil yalnız və yalnız öz individual mövqeyini əks etdirə bildiyini vurğulayıb. O, görüşdə iştirak edən Konqresin Xarici Əlaqələr Komissiyası sədrindən məsələnin araşdırılması və bu kimi halların gələcəkdə baş verməməsi məqsədilə müvafiq tədbirlərin görülməsini xahiş edib.
Azərbaycan diplomatı həmsöhbətinə münaqişə və ölkəmizə qarşı Ermənistanın təcavüzü barədə dolğun məlumat verib, rəsmi Yerevanın növbəti təxribatı olan sözügedən hadisənin Ermənistanın qeyri-konstruktiv xarakterini bir daha ifşa etmiş olduğunu bildirib.
R.Marin Meksikanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin dəyişilməz qaldığını qeyd edərək, Deputatlar Palatasının münaqişə üzrə BMT Təhlükəsizlik Şurasının Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsini tələb edən 4 qətnaməsini dəstəklədiyini vurğulayıb.
Görüş və Meksika Deputatlar Palatasının qeyd olunan mövqeyi barədə məlumat həm Konqresin, həm də onun sədri R.Marinin sosial şəbəkələrdə rəsmi səhifələrində yayılıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin tapşırığına uyğun olaraq, ölkəmizin Meksikadakı səfirliyi məsələni araşdırdıqdan sonra dərhal Meksika Xarici İşlər Nazirliyinə diplomatik nota, Deputatlar Palatasının sədri və burada Azərbaycan-Meksika Dostluq Qrupunun sədrinə isə məktublarla müraciət edərək, Meksika millət vəkillərinin Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfərləri ilə bağlı rəsmi Bakının ciddi narahatlığını çatdırıb, bu kimi səfərlərin təxribat xarakterli və qəbuledilməz olduğunu bildirərək, həmin halın araşdırılması və gələcəkdə təkrarlanmaması üçün müvafiq tədbirlərin görülməsini tələb edib.
Qeyd edək ki, Meksika Deputatlar Palatası tərəfindən 6 sentyabr 2011-ci il tarixində qəbul olunmuş qətnamə Ermənistanı BMT TŞ-nın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə 4 qətnaməsini yerinə yetirməyə çağırır.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb
16.11.2018
Ərdoğan Qəzza zolağında vəziyyətlə bağlı Abbasa dəstəyini bildirib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info