Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi işlərinə başlanılıb
Tarix: 31.10.2017 | Saat: 17:37:00 | E-mail | Çapa göndər


Şamaxı rayonunun Dəmirçi kəndini İsmayıllı rayonunun Lahıc qəsəbəsi ilə birləşdirən, ümumi uzunluğu 22 kilometr olan Dəmirçi-Lahıc avtomobil yolunun tikintisi ilə əlaqədar “Azəravtoyol” ASC tərəfindən müvafiq işlərə başlanılıb.
ASC-nin mətbuat xidmətindən bildirilib ki, sözügedən avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq inşa olunur. Yolun hərəkət hissəsinin eni 6 metr və çiyinlərin eni 2 metr olmaqla torpaq yatağının eni 10 metr təşkil edəcək.
Hazırda yol boyu torpaq işləri, həmçinin layihə-axtarış və geoloji işlər də aparılır.
Məlumata əsasən, yol çətin relyefə malik olan dağlıq ərazidən keçdiyi üçün burada müxtəlif təyinatlı mühəndisi qurğuların inşası nəzərdə tutulub. Layihə üzrə Pirsaatçayın sağ qolu olan Künəçay üzərində 1 avtomobil körpüsünün, həmçinin sunizamlayıcı və sahil bərkidici dəmir-beton istinad divarlarının tikintisi də planlaşdırılıb.
Bundan başqa, tikinti işləri çərçivəsində yol boyu avtobus dayanacaqları, məlumatverici lövhələr və yol nişanları da quraşdırılacaq.
Sözügedən avtomobil yolunun tikintisi İsmayıllı rayonunun Lahıc kəndi ilə Şamaxı rayonunun Dəmirçi kəndini birləşdirməklə yol boyu yaşayan vətəndaşların rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq. Həmçinin, yolun tikintisi turistlərin hər iki rayonun turizm bölgələrinə daha qısa və rahat yolla gediş-gəlişini təmin etmiş olacaq ki, bu da öz növbəsində turizmin inkişafına, yeni turizm marşrutlarının yaranmasına səbəb olacaq.
Dəmirçi-Lahıc avtomobil yolunun 2018-ci ildə istifadəyə verilməsi nəzərdə tutulub.
Tural




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Yeni yolların açılışı cənub bölgəsində turizmin inkişafına təkan verəcək
19.09.2018
“First in Azerbaijan“ investisiya təşviqi mexanizmi yaradılır
19.09.2018
Növbəti startap turu Sumqayıtda keçiriləcək
19.09.2018
Neft sənayesi işçiləri təltif edilib
19.09.2018
Qubada yol tikintisinə 10,8 milyon manat ayrılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info