Sofiyada Hüseyn Cavidin 135 illiyinə həsr olunmuş tədbir keçirilib
Tarix: 31.10.2017 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA), Azərbaycanın Bolqarıstandakı Səfirliyi, Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzi, AMEA nəzdində Hüseyn Cavidin Ev-Muzeyinin birgə təşkilatçılığı ilə Sofiyada Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin anadan olmasının 135 illik yubileyinə həsr olunmuş konfrans keçirilib.
Səfirlikdən bildirilib ki, konfransda Bolqarıstanın dövlət və özəl qurumlarının nümayəndələri, Bolqarıstanın Baş müftisi Mustafa Hacı, bu ölkədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbər və əməkdaşları, Azərbaycan-Bolqarıstan Dostluq Cəmiyyətinin üzvləri, KİV, QHT nümayəndələri, şair və yazıçılar iştirak ediblər.  
Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova Hüseyn Cavidin romantik-poetik dramaturgiyanın banisi kimi Azərbaycan ədəbiyyatında xüsusi yer tutduğunu deyib. N. Qurbanova ədibin dramaturgiyasının öz dövrünün universal sosial-siyasi və mədəni hadisələrini əhatə etdiyini və bir çox dillərə tərcümə edilərək geniş oxucu kütləsi qazandığını bildirib.
Bolqarıstan Elmlər Akademiyasının (BEA) vitse-prezidenti Vasil Nikolov H. Cavidə həsr olunan bu tədbirin Azərbaycan və Bolqarıstan arasında mədəni və elmi sahədə əlaqələrin genişlənməsinə şərait yaratdığını qeyd edib. O, hər iki ölkənin elmlər akademiyalarının bu istiqamətdə fəal iş apardığını bildirib. O, “İblis”, “Peyğəmbər”, “Şeyx Sənan” və s. əsərləri ilə Hüseyn Cavidin adının  Azərbaycan ədəbiyyatının qızıl səhifələrinə daxil edildiyini diqqətə çatdırıb.
AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli Bolqarıstanda H.Cavid yaradıcılığına həsr olunan bu tədbirin böyük mədəni hadisə və Avropada Cavid irsinə həsr olunan ilk konfrans olduğunu deyib.
BEA-nın Ədəbiyyat İnstitutunun direktoru Elka Traykova H. Cavidin 135 illik yubileyinə həsr olunan bu tədbirin “Şərqin Şekspiri” adlandırılan dramaturqun yaradıcılığının Bolqarıstanda öyrənilməsinə imkan yaratdığını bildirib.
Konfrans çərçivəsində dramaturqun Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin direktoru Sofiya Şıqayeva-Mitreska tərəfindən bolqar dilinə tərcümə edilmiş “Maral” və “Şeyda” əsərlərinin təqdimatı keçirilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info