Bəzi uşaq xəstəliklərində təbii müalicə xeyirlidir
Tarix: 31.10.2017 | Saat: 18:24:00 | E-mail | Çapa göndər


Müasir dövrün müalicə çətinliklərini nəzərə alaraq bir sıra uşaq xəstəliklərinin xalq təbabəti yolu ilə müalicəsi barədə məlumat verməyi faydalı hesab edirik.
Uşaqlarda ishal baş verərsə, ona armud dəmləməsi kömək edər. Dəmləmə belə hazırlanır; qurudulmuş armudu xırda-xırda doğrayıb çaynikə tökürlər, üstünə qaynar su alıb, 4 saat dəmdə saxlayırlar, sonra süzürlər. Ondan uşağa gündə 3 dəfə, hər dəfə 50 qr içirdirlər.
Milli.Az bildirir ki, uşağın qulağı ağrıyırsa şüyüd yarpaqlarını barmağınızın arasında əzin ki, bir az suyu çıxsın. Ondan balaca fitil düzəldin, uşağın ağrıyan qulağına qoyun. Fitili bir az uzun edin ki, çıxarmaq asan olsun.
Bəzi uşaqlarda boy artımı zəif olur. Onda belə bir üsul xeyirlidir: 2 stəkan qaynar südə 1 ədəd yumurta qatıb möhkəm çalın. Bu qarışıqdan gündə bir neçə dəfə uşağa içirtmək lazımdır. Bu həmin problemi aradan qaldırmağa qadirdir.
Kəskin bağırsaq infeksiyasında yerkökü həlimi kara gəlir. Yerkökünü sürtkəcin iri gözündən keçirin. Onu 1 stəkan suya qatıb yarım saat qaynadın və süzün. Həlimə azca düz qatın və qaşıq-qaşıq uşağa gün ərzində bir neçə dəfə verin.
Əgər təzə doğulmuş uşağın göz qapaqları şişib və qızarıbsa, gözdən yapışqanlı, irinli maye axırsa, onda uşağın gözünə aptek çobanyastığı çiçəklərinin cövhəri ilə isladılmış kompres qoymaq lazımdır.
Xalq təbabətində göyöskürəyin ən təsirli dərmanlarından biri bu qayda ilə hazırlanır: orta böyüklükdə bir baş sarımsaq götürüb onun beş dişini ayırın. Xırdaca doğrayın və döyün. Pasterizə edilmiş bir stəkan südün içinə töküb qaynadın. Bundan gündə 3-4 dəfə, 1 xörək qaşığı uşaqlara vermək oluqca yaxşı təsir göstərir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info