Naxçıvan Dövlət Tarix Muzeyində tədbir keçirilib
Tarix: 31.10.2017 | Saat: 19:06:00 | E-mail | Çapa göndər


XIX əsrin sonu - XX əsrin əvvəllərində yaşamış görkəmli ziyalı Mirbağır Mirheydər oğlu Mirheydərzadə mənalı həyatının 15 ilə yaxın bir dövrünü Naxçıvanda muzey quruculuğu işinə həsr edib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Naxçıvan Dövlət Tarix Muzeyində “Naxçıvan Dövlət Tarix Muzeyi və Mirbağır Mirheydərzadə” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
Tədbirdə muzeyin direktoru, Naxçıvan Muxtar Respublikasının Əməkdar Mədəniyyət İşçisi Nizami Rəhimov çıxış edərək, muzeyin təşəkkülü və inkişafı istiqamətində Mirbağır Mirheydərzadənin həyata keçirdiyi tədbirlər haqqında danışıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs və muzey işi üzrə baş məsləhətçisi Qumral Məmiyeva, Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinin direktoru Aləmzər İbrahimova, Naxçıvan Dövlət Tarix Muzeyinin baş elmi işçisi Nərminə Allahverdiyeva çıxış ediblər.
Çıxışlarda qeyd olunub ki, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti bərqərar olduqdan sonra Mirbağır Mirheydərzadənin fəaliyyəti, əsasən, Naxçıvanın tarixi, bu ərazidəki qədim abidələrin və yer adlarının öyrənilməsi, arxeoloji materialların, folklor nümunələrinin toplanması və tədqiqi ilə bağlı olub.
Qeyd edilib ki, 1923-cü ildə Bakıda Azərbaycanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin, 1924-cü ilin oktyabrında Naxçıvanda Xalq Komissarları Sovetinin qərarı ilə Naxçıvan Tarix-Etnoqrafiya Muzeyi, 1925-ci ilin may ayında isə Azərbaycanı Öyrənən Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan təşkilatı yaradılıb. Təsis yığıncağında Mirbağır Mirheydərzadə cəmiyyətin elmi katibi vəzifəsinə seçilib və 1928-ci ilin ortalarınadək bu vəzifədə çalışıb. 1925-1928-ci illərdə keçirilən iclas protokollarının təhlilindən aydın olub ki, cəmiyyətin üzvləri, xüsusilə onun elmi katibi Mirbağır Mirheydərzadə Naxçıvanda muzey quruculuğu işində fəal iştirak edib.
Diqqətə çatdırılıb ki, faktlardan göründüyü kimi, ötən əsrin 20-ci illərinin ortalarından etibarən Naxçıvan tarixinin öyrənilməsində və bu tarixi özündə yaşatmağa başlayan Naxçıvan Tarix-Etnoqrafiya Muzeyinin (indiki Naxçıvan Dövlət Tarix Muzeyinin) təşəkkülündə və inkişafında Tədqiq və Tətəbbö Cəmiyyəti, xüsusilə onun elmi katibi olmuş Mirbağır Mirheydərzadə əvəzsiz rol oynayıb.
Tədbirdə maarifpərvər ziyalının nəvələri Mirbağır Mirheydərzadə haqqında xatirələrini bölüşüblər.
Sonra Naxçıvan Dövlət Tarix Muzeyinin əsasını qoyanlardan olan Mirbağır Mirheydərzadəyə həsr edilən sərgiyə baxış keçirilib.




 
Bölməyə aid digər xəbərlər
26.05.2019
Gəncənin İmamzadə ziyarətgahında Heydər Əliyev Fondunun təşəbbüsü ilə iftar süfrəsi açılıb
26.05.2019
Güclü külək Qubada və Qusarda ciddi fəsadlar törədib
25.05.2019
“Azərişıq” hava şəraitinin kəskin dəyişilməsi ilə bağlı qabaqlayıcı tədbirlər görür
25.05.2019
Heydər Əliyev Fondu növbəti iftar süfrəsini Ağsuda açıb
25.05.2019
Bu günün havası: paytaxtda yağmursuz, rayonlarda isə...

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 Vahid Rzayev:”Səhər gördük ki, ermənilər arxiv sənədində özlərinə sərf etməyən hissəni qayçı ilə kəsiblər”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info