Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının İdarə heyətinin rəhbəri Fatih Şener: “Dəmir İpək Yolu” sektorlara həyat verəcək"
Tarix: 31.10.2017 | Saat: 19:18:00 | E-mail | Çapa göndər


"Yükdə yüngül, qiymətdə ağır məhsullar daşınacaq"

Beynəlxalq Nəqliyyatçılar Assosiasiyasının İdarə heyətinin rəhbəri Fatih Şener, "Dəmir İpək Yolu" adlandırılan Bakı-Tbilisi- Qars (BTK) Dəmir yolu xətti səfərlərinin, Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunan mərasimin ardınca başladığını xatırladaraq, xəttin ölkə və bölgə iqtisadiyyatına böyük təsir göstərəcəyini bildirib.
Dünya əhəmiyyətli bir layihənin fəaliyyətə başladığını deyən F. Şener, layihənin, Marmaray layihəsi ilə inteqrasiya olunacağını, Avropadan Çinə dəmir yolu ilə fasiləsiz yük daşınmasının mümkün olacağını qeyd edib. Bildirilib ki, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Türkiyənin Orta Asiya, Uzaq şərq və Cənub Asiyaya dəmiryolu əlaqəsini təmin edəcək əhəmiyyətli bir beynəlxalq dəhliz meydana gətirəcək.

Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xidmətə başlaması ilə bir sıra məhsullar dünya bazarlarına çıxa biləcək

Dəmir yolu nəqliyyatında xərcinin az olması səbəbilə ümumilikdə tikinti materialları, gübrə, buğda kimi məhsulların seçildiyini deyən Şener, dəmir yolu nəqliyyatının, bu cür məhsulların ticarəti üçün böyük əhəmiyyəti olduğunu bildirib: “Bu günə qədər xərcin yüksək olması ilə bağlı Qazaxıstan, Türkmənistan və Azərbaycan kimi ölkələrdən buğda, neft məhsulları, gübrə, bitum kimi məhsulların çox keyfiyyətli olmalarına baxmayaraq Türkiyə və xarici ölkələrə satıla bilmir, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin xidmətə başlaması ilə bu məhsullar dünya bazarlarına çıxa biləcək. Türkiyədən də inşaat materialları kimi bir çox məhsulun Orta Asiyaya uyğun qiymətlərlə daşınması mümkün olacaq”.
Qazaxıstanda istehsal edilən və asfalt xammalı kimi istifadə olunan, dünyanın ən yaxşı üzvü maddələri arasında yer alan bitumun dəmir yolu xətti olmadığı üçün yüksək xərc səbəbilə bu günə qədər daşına bilmədiyini deyən F.Şener bu dəmir yolu xətti sayəsində daha ucuz qiymətə daşınaraq, Türkiyəyə və Türkiyə üzərindən digər bazarlara göndəriləcəyini qeyd edib.
Həmçinin gübrə, buğda kimi məhsulların da bu xətt vasitəsilə dəmir yolu ilə cüzi xərclə daşınacağı bildirilir: “Bu məhsullar Qars Logistika Mərkəzinə gətiriləcək və Türkiyənin bütün bölgələrinə daşınacaq. Mersin limanına gələn məhsullar isə Avropaya və digər ölkələrə çatdırılacaq. Orta Asiya və Avropa ticarətinin əsas damarı olan Dəmir İpək Yolu, sektorlara həyat verəcək”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info